ELM VƏ TƏHSİL


Professor Adil Abdullayev: Şuşa Bəyannaməsi tarixi dostluğa söykənən sənəddir

Bakı, 22 iyun, AZƏRTAC

Tarixə əsaslanan Şuşa Bəyannaməsində ulu öndərlərimiz Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz təsdiqini tapıb. XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması müdrik rəhbərlərin yanaşma fəlsəfəsinin təcəssümüdür. Bu böyük hadisə, tarixi məqam iki qardaş dövlətin münasibətlərinin gələcək inkişafında da çox mühüm rol oynayacaq. Şuşa Bəyannaməsi müştərək maraq kəsb edən regional və beynəlxalq fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi baxımından da çox əhəmiyyətlidir. Bu Bəyannamə Azərbaycan-Türkiyə tarixinin qızıl səhifəsidir.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fizika kafedrasının müdiri, professor Adil Abdullayev deyib. O bildirib ki, Bəyannamədə nəzərdə tutulan Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması hər iki qardaş ölkə ilə yanaşı, digər ölkələrin də sosial-iqtisadi inkişafına təkan verəcək. Beynəlxalq müstəvidə birgə əməkdaşlığı, siyasi münasibətləri, ticarət əlaqələrini, həmçinin mədəniyyət, təhsil, idman, gənclər siyasətini əhatə edən Bəyannamə strateji xarakter daşımaqla tarixi əhəmiyyətə malikdir.

“Bir sözlə, bu sənədin imzalanması Türkiyə-Azərbaycan qardaşlığının əbədi və sarsılmaz olduğunu bir daha dostlarımıza da, düşmənlərimizə də bəyan etdi. Eləcə də Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin strateji müttəfiqliyinin dərinləşdirilməsi üçün yeni səhifə açdı”, - deyə alim əlavə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.