CƏMİYYƏT


Professor Adil Allahverdiyev: Əhalinin təbii artımının qorunub saxlanması həm də hərtərəfli təhlükəsizliyin əsasıdır

Ankara, 10 aprel, AZƏRTAC

Əhalinin təbii artımının qorunması milli varlığın təməli və hərtərəfli təhlükəsizliyinin əsasıdır. Aprelin 6-da Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan hadisədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən azərbaycanlı professor, tibb elmləri doktoru Adil Allahverdiyev söyləyib. Professor bildirib ki, Azərbaycan inkişaf etmək üçün təbii və qazanılan resurslardan səmərəli istifadə etməklə öz gücünü sürətlə artırır. Konkret olaraq əhalinin təbii artımına gəldikdə, bu amil insan gücünə, intellektinə, zəkasına, bir sözlə, insan əməyinə bağlı olan bütün sahələrdə birbaşa uğur qazanmağın əsasını təşkil edir. Təbii artım sayəsində yenilənən nəsillər ölkənin təhlükəsizliyi üçün müasir platformaların ortaya çıxmasında aparıcı qüvvədir.

Möhkəm ailə təməlinin və əhalinin təbii artımının milli-mənəvi dəyərlərimizə bağlı olduğunu diqqətə çatdıran A.Allahverdiyev deyib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın aprelin 9-da 10 milyonuncu sakin Mehriban Həsənovanın valideynləri ilə görüşməsi Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanıb. Diqqət və qayğı amili olan bu görüş həm də dövlət-vətəndaş münasibətlərinin göstəricisidir”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.