SİYASƏT


Professor Akkan Suver: Ermənistanın Dağlıq Qarabağda mövcudluğu beynəlxalq konvensiyalara ziddir

Ankara, 1 aprel, AZƏRTAC

BMT, Avropa İttifaqı və ATƏT birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyan mötəbər beynəlxalq təşkilatlardır. Təcavüzkar Ermənistanın Azərbaycanın işğal altında olan ərazilərində qondarma “seçkilər” keçirməsinin heç bir hüquqi əsası yoxdur.

Mövzu ilə bağlı fikirlərini AZƏRTAC-a bölüşən “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver deyib: “Hazırda bütün dünya yeni növ koronavirusla mübarizə (COVID-19) aparır. Rəsmi məlumatlara görə, bu gözəgörünməz bəla Ermənistanı da cənginə alıb. Belə bir şəraitdə öz xalqının sağlamlığının qorunması ilə bağlı tədbirlər görmək əvəzinə Azərbaycan ərazisində saxta “seçkilər” keçirmək siyasi əxlaqdan və mədəniyyətdən uzaq olmağın daha bir göstəricisidir. Sülhsevər dünya ictimaiyyəti yaxşı bilir ki, bu “seçkilər” heç bir hüquq normasını əks etdirmir. Ermənistanın Dağlıq Qarabağ regionunda mövcudluğu beynəlxalq konvensiyalara zidd olduğu üçün bu bölgədə Azərbaycandan başqa heç bir tərəfin seçki keçirmək hüququ yoxdur”.

Artıq Avropa İttifaqının Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “prezident və parlament seçkiləri” ilə bağlı bəyanat verərək, bu seçkiləri tanımadığını diqqətə çatdıran Vəqfin sədri əminliklə vurğulayıb ki, digər beynəlxalq təşkilatlar da eyni qərarlar qəbul edəcəklər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.