CƏMİYYƏT
Professor Atıf Akçevin: Kardiologiya sahəsində əldə olunmuş nailiyyətlərin təqdim olunması üçün burada çox gözəl imkanlar var
Bakı, 27 may, AZƏRTAC
Bu cür konqreslərin elmi faydaları ilə yanaşı tibb aləmində və cərrahiyyə üsullarının təkmilləşməsində də böyük rolu var.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində paytaxtımızda keçirilən “Bakı Ürək Günləri” V Beynəlxalq Konqresin iştirakçısı, Türkiyənin İstanbul Medikal Universitetinin ürək-damar cərrahı, professor Atıf Akçevin bildirib.
Professor deyib: “Burada müzakirə edilən, əldə olunmuş elm üçün faydalı irəliləmələr yalnız kardiologiya ilə bağlı deyil. Biz konqres vasitəsilə məsləkdaşlarımızla müxtəlif mövzuların müzakirə edir, təcrübələrimizlə bölüşürük. Tədbir kardiocərrahiyyə istiqamətində əldə olunan yeni uğurların cəmiyyətə təqdim olunması üçün də çox gözəl platformadır. Belə ki, elmi irəliləmələrin və əldə olunmuş nailiyyətlərin təqdim olunması üçün burada çox gözəl imkanlar var.
Mən anadangəlmə ürək qüsurları ilə bağlı müalicə üsulları mövzusunda məruzəmdə damarları tərs doğulan uşaqlardakı düzəltmələr barədə məlumat verdim. Biz bu problemlə doğulan uşaqlar üzərində əməliyyatlar icra edirik. Gec gələn xəstələrdə isə bu əməliyyatların icrası çox çətindir”.