Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Professor: Azərbaycanın son on ildə uğurlu xarici siyasət strategiyası ölkəmizi layiqli tərəfdaş kimi tanıdıb

Professor: Azərbaycanın son on ildə uğurlu xarici siyasət strategiyası ölkəmizi layiqli tərəfdaş kimi tanıdıb

Bakı, 5 avqust, AZƏRTAC

Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən daxili siyasətdə əldə etdiyimiz nailiyyətlərlə yanaşı, xarici siyasət strategiyası nəticəsində müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeləri xeyli möhkəmlənib. Azərbaycanın nəinki regionda, ümumən dünya siyasətində əsas söz sahibi olan bütün ölkələrlə əlaqələrini son illərdə daha da inkişaf etdirməsi, sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi artıq bir reallıqdır.

Bu fikirlər Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimovun “İlham Əliyev diplomatiyasının Zəfərə gətirən 10 ili” sərlövhəli məqaləsində verilib. AZƏRTAC məqaləni təqdim edir.

Regional məsələlərdə həlledici söz sahibi

Dövlət başçımızın son on ildə dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı nüfuzlu ölkələr sırasına çıxarıb. Prezident İlham Əliyevin mükəmməl xarici siyasət strategiyası Azərbaycanı bütün regional məsələlərdə həlledici söz sahibi olan müstəqil dövlətə çevirmişdir. Bu gün regionda heç bir strateji əhəmiyyətli layihə Azərbaycanın rəyi olmadan gerçəkləşə bilməz.

Amma 10 il bundan öncə dövlət başçısının apardığı balanslaşdırılmış siyasəti tənqid edən bədnamlar sonda bizi məğlubiyyətə düçar olacağımızla qorxudur, dünyada hegemonluq edən qüvvələrin birinə sığınmağın vacibliyini vurğulayırdılar. Nə daxildən edilən çağırışlar, nə də xarici qüvvələrin təzyiqləri dövlət başçımızı tutduğu yoldan, izlədiyi siyasətdən döndərə bilmədi. Məhz buna görə bu gün arxada buraxdığımız onilliyə nəzər saldıqda ölkə rəhbərinin xarici siyasətinin yeganə düzgün siyasət olduğunun bir daha şahidi oluruq. Təkcə 44 günlük müharibə və Azərbaycanın 30 ilə yaxın bir dövrdə erməni işğalında qalan torpaqlarının azad edilməsi faktı 10 illik diplomatiyamızın zəfərlə nəticələndiyinin bariz sübutudur.

Azərbaycan Respublikası son 10 il ərzində bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirməyi qarşıya məqsəd qoyub və bunu siyasi arenada atdığı addımlarla sübut edib. Elə buna görə də ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını alıb. Hərəkata qəbulla bağlı prosedur qaydalarına uyğun olaraq, 2011-ci ilin yanvar ayında Azərbaycan Respublikasının xarici işlər naziri təşkilatın sədri vəzifəsini icra edən Misirin xarici işlər nazirinə ölkəmizin bu nüfuzlu təşkilata üzvlüyü ilə bağlı müraciət edib. 2011-ci il martın 16-da Nyu-Yorkda keçirilən Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun iclasında ölkəmizin üzvlüyü ilə bağlı ilkin müzakirələr aparılıb. Üzv dövlətlərin ilkin yekdil və müsbət tövsiyəsi əsasında məsələnin Qoşulmama Hərəkatının nazirlərinin görüşünün gündəliyinə salınması razılaşdırılıb. Nəticədə, Azərbaycan Respublikası 2011-ci il mayın 26-da İndoneziyanın Bali adasında bu Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, qeyd olunan tanınmış beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul olunub.

Yenə də siyasi sahədə yetərincə bilik və təcrübəyə malik olmayan, eyni zamanda, müstəqil Azərbaycanın inkişaf etməsini həzm edə bilməyən daxili və xarici düşmənlər dövlət başçımızın bu addımının Qarabağın işğaldan azad edilməsi zamanı dünya səviyyəsində mövcud olan hərbi blokların heç birindən yardım ala bilməyəcəyimizlə nəticələnəcəyini “proqnozlaşdırdılar”. Amma üstündən 10 il keçəndən sonra erməni işğalçılarına qarşı mübarizəmizi dünya səviyyəsində dəstəkləyənlərin əksəriyyətinin elə məhz Qoşulmama Hərəkatının üzv dövlətlərinin olması xarici siyasət kursumuzun düzgün seçildiyini sübut etdi.

Üstündən 10 il keçəndən sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin iyulun 16-da Ceyhun Bayramovu xarici işlər naziri təyin etməsilə əlaqədar videoformatda Azərbaycan lideri özünün xarici siyasət strategiyasını belə ifadə edib: “Mən demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir”. Məhz bu yanaşma sayəsində Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə əldə edilmiş diplomatik uğurlar nəticəsində ölkəmizlə əməkdaşlıq edən dövlətlərin sayı xeyli çoxalıb. Bu gün Azərbaycanın 160 ölkə ilə diplomatik əlaqələri var.

XXI əsrin ikinci onilliyi göstərdi ki, Azərbaycan Cənub Qafqazın lider dövlətidir. Çünki Azərbaycanda dövlət quruculuğu 1993-cü ildən bu yana yalnız milli maraqlara uyğun olaraq aparılıb. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan diplomatiyasının ən zəruri vəzifələrindən biri ozamankı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı əsasında öz həllini tapması olub. Prezidentimizin siyasi iradə nümayiş etdirməsi və məntiqli xarici siyasəti nəticəsində ölkəmizin mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən qəbul edilib. Məhz bunun nəticəsidir ki, 2008-ci il mayın 14-də BMT Baş Məclisinin 62-ci sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı mühüm bir qətnamə qəbul edildi. Bu fakt bir daha təsdiqlədi ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Onu da qeyd edək ki, Azərbaycan diplomatiyasının uğurları yalnız BMT ilə deyil, digər nüfuzlu təşkilatlarla da sıx əlaqə yaratmasına imkan verib. Bu sırada ATƏT, İslam Konfransı Təşkilatı, Avropa Şurası, GUAM, NATO və digər tanınmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq xüsusi qeyd olunmalıdır.

Beynəlxalq təşkilatlarda fəal diplomatiya kursu

2010-cu ilin noyabrın 19-20-də Lissabonda keçirilmiş NATO-nun Zirvə görüşünün yekun bəyannaməsində region ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənib, münaqişələrin məhz bu prinsiplər nəzərə alınmaqla həllinin vacibliyi vurğulanıb. Avropa Parlamenti tərəfindən qəbul edilmiş “Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacı” adlı qətnamədə Dağlıq Qarabağ, eləcə də onun ətrafındakı ərazilərin işğal altında olması faktı təsdiq edilib. Qətnamədə, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılması, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb olunub.

2011-ci il oktyabrın 24-də isə BMT Təhlükəsizlik Şurasına 2012-2013-cü illər üçün qeyri-daimi üzvlük üçün keçirilən seçkilərdə Azərbaycan Respublikasının 155 ölkənin dəstəyini qazanaraq qalib gəlməsi həmin dövlətlər tərəfindən respublikamıza olan yüksək etimadın və inamın göstəricisidir. Ölkəmizin 20 illik müstəqilliyi dövründə belə böyük uğurun əldə edilməsi Azərbaycan dövlətinin başçısı tərəfindən həyata keçirilən xarici siyasətin məntiqi nəticəsidir. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında bu mötəbər quruma qeyri-daimi üzv seçilən ilk, bütün MDB məkanında isə ikinci ölkədir.

BMT Təhlükəsizlik Şurasına Azərbaycanın seçilməsini tarixi qələbə kimi səciyyələndirən dövlət başçısı İlham Əliyev bildirib ki, müstəqilliyin iyirmi illiyinə təsadüf edən bu qələbə ölkəmizin uğurlu inkişafını göstərir: “Biz Təhlükəsizlik Şurasına üzv seçilən zaman mən demişəm ki, ədaləti, beynəlxalq hüququ müdafiə edəcəyik və ilk günlərdən bu prinsipə sadiqik”.

Beynəlxalq terrorizmə qarşı ardıcıl mübarizə

Prezident İlham Əliyevin xarici siyasəti xalqımızın mənafeyini, müstəqil dövlətimizin inkişafını və perspektivlərini müəyyənləşdirir. Bununla yanaşı, ölkənin milli və enerji təhlükəsizliyinin təmin edilməsi məsələsi də dövlət başçımız tərəfindən həyata keçirilən ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə görülən işlərdən biri də ölkənin milli təhlükəsizliyinin təmin edilməsidir. Digər dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq Azərbaycanın başqa ölkələrlə qarşılıqlı əlaqələrində başlıca prinsipdir.

Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri də beynəlxalq terrorizm və kütləvi qırğın silahlarının yaradılmasına qarşı mübarizədə fəallıq göstərməsidir. Bu sahədə ölkəmiz çoxtərəfli və ikitərəfli çərçivədə beynəlxalq əməkdaşlığa cəlb olunub. Beynəlxalq terrorizmə qarşı mübarizə ilə əlaqədar bütün beynəlxalq sənədlərə qoşulan Azərbaycan bu sahəyə dair mütəmadi olaraq məlumat mübadiləsi həyata keçirir və müvafiq məruzələr hazırlayır. Bizim sülhməramlılar Kosovo, İraq və Əfqanıstanda beynəlxalq birliyin digər üzvlərindən olan əsgər və zabitlərlə çiyin-çiyinə xidmət göstəriblər. Dünyanın inkişaf etmiş dövlətlərinin başçıları, həmçinin nüfuzlu beynəlxalq qurumların nümayəndələri Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədəki fəaliyyətini yüksək qiymətləndirirlər. Siyasi ekspertlər bunu dövlət başçımızın uğurlu xarici siyasətinin prioritetlərindən biri kimi dəyərləndirirlər. Transmilli cinayətkarlıq və insan alverinə qarşı mübarizə region ölkələri ilə, eləcə də BMT, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gündəliyində duran əsas məsələdir.

Sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfə

Prezident İlham Əliyevin təşəbbüsü və himayəsi sayəsində ərsəyə gələn Bakı Humanitar Forumunda hazırlanan tövsiyə və təkliflər multikulturalizmin konseptual inkişafında mühüm rol oynayır, bu tövsiyələr beynəlxalq təşkilatlar, dövlətlər və tədqiqat mərkəzləri tərəfindən ciddi şəkildə öyrənilir, tətbiq edilir. Azərbaycan bu kimi fəaliyyəti ilə milli, dini, mədəni və irqi müxtəliflik şəraitində dünyada sülhün bərqərar olmasına və sivilizasiyalararası dialoqun möhkəmlənməsinə əsaslı töhfəsini verir.

Multikulturalizm siyasətimizin tərkib hissəsi kimi Azərbaycan diplomatiyasının yeni istiqamətləri meydana çıxıb ki, bu sırada da mədəni və humanitar diplomatiyamız diqqət çəkir. Azərbaycanın uğurlu xarici siyasət strategiyası iqtisadi əməkdaşlıq sahəsində ölkəmizi layiqli tərəfdaş kimi tanıdıb. Artıq öz enerji təhlükəsizliyini tam təmin etmiş ölkəmiz Avropanın bir sıra dövlətləri ilə bu sahədə qlobal layihələrin reallaşdırılması yolunda uğurlu addımlar atır. Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq iqtisadi münasibətlər sisteminə qoşulması ilə ölkənin sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin tənzimlənməsində böyük nailiyyətlər əldə edilib. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin əfsanədən reallığa çevrilməsi, Bakı-Tbilisi-Qars-Axalkalaki dəmir yolunun reallaşması, digər iri layihələrin həyata keçirilməsi Azərbaycanı beynəlxalq aləmdə diqqət mərkəzinə çıxarıb. Dünyanın qüdrətli dövlətlərinin və iri şirkətlərinin də qoşulduğu bu layihələr ölkəmizin iqtisadi qüdrətini daha da artırıb.

Prezident İlham Əliyev və onun rəhbəri olduğu Azərbaycan həm də bölgədə barışdırıcı rol oynayır. Rusiya və ABŞ arasında gərginlik fonunda Silahlı Qüvvələrin qərargah rəislərinin məhz Bakıda bir araya gəlməsi buna sübutdur. Ümumiyyətlə, Azərbaycan ABŞ və Rusiya ilə balanslaşdırılmış münasibətlər saxlamaqla regionda geosiyasi maraqların optimal nisbətinin təmin edilməsinə nail olur. Prezident İlham Əliyev bununla əlaqədar mövqeyini belə ifadə edib: “Hər iki ölkənin Azərbaycanla bağlı siyasəti, eləcə də bizim bu ölkələrlə bağlı siyasətimiz hər zaman sabit və proqnozlaşdırılan olub. Hər iki ölkə ilə bizim strateji əhəmiyyət kəsb edən münasibətlərimiz var. Sözsüz ki, gündəlik fərqlidir, lakin çox açıq, çox aydındır və gözlənilməz heç bir hal baş vermir. Çünki biz hər zaman nəzərdə tutduğumuzu deyirik və hər zaman dediyimiz sözün arxasında dayanırıq. Düşünürəm ki, bir çox ölkələrlə yaxşı əlaqələr qurmağa nail olmağımızın səbəblərindən biri məhz budur”.

Beləliklə, İlham Əliyev tərəfindən müəyyənləşdirilən və istiqamətləndirilən uğurlu xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun gündən-günə artmasına, dövlətimizin etibarlı tərəfdaş kimi tanınmasına, regionumuz və bütünlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli olan tədbir və layihələrin təşəbbüskarı kimi çıxış etməsinə gətirib çıxarıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO