Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Professor Dilarə Seyidzadənin “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” kitabı türk dilində nəşr edilib

Professor Dilarə Seyidzadənin “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” kitabı türk dilində nəşr edilib

Bakı, 13 iyul, AZƏRTAC

Tarix elmləri doktoru, professor Dilarə Seyidzadənin ulu öndər Heydər Əliyevin parlaq xatirəsinə həsr etdiyi “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” kitabı bu günlərdə türk dilində (XX. Yüzyıl başında Azerbaycan: bağımsızlığa uzanan yol) çapdan çıxıb. Daha əvvəl Azərbaycan, rus və ingilis dillərində nəşr edilmiş bu kitabın türk dilində buraxılması Türkiyənin elmi dairələrinin, türk tarixçiləri və tədqiqatçılarının XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda baş verən proseslərə böyük marağından irəli gəlib.

AZƏRTAC xəbər verir ki, kitabda XX əsrin əvvəllərində ölkədə cərəyan edən ictimai-siyasi proseslərin geniş mənzərəsi öz əksini tapıb, mükəmməl təhlil olunub.

Azərbaycan xalqı çoxəsrlik mübarizəsinin məntiqi nəticəsi kimi yalnız XX əsrin sonlarında dövlət müstəqilliyinə nail oldu. Xalqımızın suverenlik yolu ilə inamla addımladığı indiki zamanda XX əsrin əvvəllərində canlanmağa başlamış milli azadlıq hərəkatının, müstəqilliyimizə aparan yolların tarixi təcrübəsinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ötən əsrin əvvəllərində islahatlardan sonrakı çar Rusiyasında baş verən əsaslı ictimai-siyasi və iqtisadi dəyişikliklər məcrasında Azərbaycanda sahibkarların görkəmli nümayəndələri, onların ideoloqları və ziyalılar bütün imkanlardan istifadə edərək xalqın milli mənlik şüurunun oyanması, maariflənməsi, siyasi mədəniyyət səviyyəsinin yüksəlməsi, vətəndaşlıq hüquqlarından tam həcmdə istifadə etməsi üçün mübarizəyə rəhbərlik ediblər.

Kitabda Azərbaycan tarixi elmində ilk dəfə olaraq Rusiya Dövlət Dumasına Azərbaycandan seçilmiş deputatların fəaliyyəti nəzərdən keçirilir, onların Duma tribunasından çıxışları təhlil olunur, Rusiya parlamentinin bütün müsəlman deputatları ilə səyləri birləşdirmək cəhdləri və kadetlərə bağladıqları ümidlər işıqlandırılır. Ön sözdə qeyd olunur ki, azadlıq hərəkatının böyük yüksəlişi dövrü Azərbaycan xalqına istedadlı, yüksək peşəkar ictimai-siyasi xadimlərin parlaq bir dəstəsini bəxş etdi. Onların həyat amalı millətin mənafeyini, azadlığını və müstəqilliyini müdafiə etmək idi. Amansız siyasi və iqtisadi hüquqsuzluq şəraitində Rusiyanın ali nümayəndəli orqanının yüksək tribunasından ilk dəfə olaraq çıxış edib öz sözünü demək imkanı qazanmış Azərbaycan ideoloqları öz xalqının ehtiyac və ümidlərini ardıcıl surətdə və məqsədyönlü şəkildə imperiyanın hər bir sakininə çatdırmağa çalışırdılar. Heç bir maneə onları tutduqları yoldan çəkindirə bilmirdi.

Rusiyanın Dövlət Dumasındakı fəaliyyət prosesində Azərbaycan deputatlarının topladıqları təcrübə gələcəkdə onlara cəmiyyətin bütün mütərəqqi qüvvələrinin səylərini birləşdirərək Azərbaycan Xalq Cümhuriyyətini yaratmağa, milli hökumətin rəhbər orqanlarına başçılıq etməyə və müstəqil dövlətçiliyin yaradılmasına başlamağa imkan verdi. Ulu öndər Heydər Əliyev Azərbaycanda ilk demokratik respublikanın qurulmasında Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin və onların silahdaşlarının böyük xidmətlərini yüksək qiymətləndirərək demişdir: “Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır”.

Kitabın müəllifi bu qənaətə gəlir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XX əsrin əvvəllərində Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin qanunauyğun yekunu kimi qiymətləndirilməlidir.

Azərbaycan gerçək müstəqilliyini isə ulu öndər Heydər Əliyevin ölkəmizin siyasi rəhbərliyinə qayıdışından sonra qazanıb.

Tarixçi alim əsərin “Sözardı” hissəni Prezident İlham Əliyevin 2018-ci ildə IV Qlobal Bakı Forumunda söylədiyi nitqindəki bu fikirlə yekunlaşdırıb: “Bugünkü Azərbaycanın inkişafında Azərbaycan Xalq Cümhuriyyətinin rolu olduqca böyük olmuşdur. Eyni zamanda, biz bu gün onların 100 il bundan əvvəl qəbul etdiyi qərarlarla da fəxr edirik.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü iki ildən bir az qısa olub və respublikanın faciəvi süqutu hamımız üçün dərs olub.

Həqiqi müstəqilliyin qorunub saxlanılması onu əldə etməkdən çox çətindir. Bugünkü Azərbaycan tam mənada müstəqil dövlətdir. O dövlət ki, gələcəklə bağlı aydın baxışa malikdir. Hesab edirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları müasir Azərbaycanın inkişafının şahidi ola bilsəydilər, bizimlə fəxr edərdilər.

İnsanlar yalnız müstəqillik dövründə, öz taleyinin sahibi olanda uğura nail olurlar. Bu gün Azərbaycan bunun bariz nümunəsidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş katib: MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası Bakıda toplaşacaq

Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq

Pakistan Azərbaycanla İKT sahəsində gənclərin mübadiləsi proqramına başlamaq niyyətindədir

31 Mart – azərbaycanlıların soyqırımı tarixin hələ tam açılmamış səhifələrindəndir

Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Harvard Universitetinin təqaüdçüsü: Məqsədim Azərbaycanda astrofizika sahəsini daha çox inkişaf etdirməkdir - EKSKLÜZİV

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib