CƏMİYYƏT


Professor Eldar Quliyev Avropa Təbiət Elmləri Akademiyasının “İlin alimi” beynəlxalq mükafatına və "Eyler" medalına layiq görülüb

Bakı, 12 mart, AZƏRTAC

Milli Məclisin aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev “İlin alimi” adlı beynəlxalq mükafata və "Eyler" medalı ilə təltif olunmağa layiq görülüb.

AZƏRTAC xəbər verir ki, professor Eldar Quliyev bu mükafatlara Avropa Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin 2019-cu il 19 fevral tarixli qərarı ilə təltif edilib.

Qeyd edək ki, dünya iqtisadiyyatının ən aktual sahələrindən biri hesab edilən ərzaq təhlükəsizliyi üzrə monoqrafiyanın və elmi məqalələrin müəllifi Eldar Quliyev bu sahədə uzunmüddətli tədqiqatlarla məşğul olan, ingilis dilində yazılmış “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı monoqrafiyanın da müəllifidir.

Mükafatların təqdimat mərasimi 2019-cu il aprelin 5-də Berlin şəhərində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.