Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Professor Fərəc Qarayev Azərbaycan haqqında qərəzli məqalə ilə bağlı “Nezavisimaya qazeta”ya məktub göndərib

Professor Fərəc Qarayev Azərbaycan haqqında qərəzli məqalə ilə bağlı “Nezavisimaya qazeta”ya məktub göndərib

Bakı, 27 yanvar, AZƏRTAC

Azərbaycanın Xalq artisti, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayev Rusiyanın “Nezavisimaya qazeta” nəşrində yanvarın 19-da dərc olunmuş “Qarabağ kimindirsə, məbədlər də onundur?” başlıqlı məqalə (müəllif – Yaroslav İnorodtsev) ilə bağlı redaksiyaya məktub ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, Fərəc Qarayev “Nezavisimaya qazeta”nın baş redaktoru, sahibi və naşiri Konstantin Remçuqova ünvanlanan məktubunda son zamanlar Rusiya mətbuatında bu mövzuda çoxlu yazıların dərc edildiyinə diqqət çəkərək bu məqalələrdə vəziyyətin obyektiv və dürüst qiymətləndirilməsinin, mövzuya dərindən bələdliyin və jurnalist etikasının son dərəcə vacibliyini qeyd edib. “Lakin sözügedən məqaləni oxuduqdan sonra aydın olur ki, müəllifin mövzu barədə məlumatı yoxdur və o, səriştəsizliyini yersiz istehzalar altında gizlətməyə çalışır. Məqalədə bir çox oxucuların məlumatsızlığından istifadə edilərək Rusiyadan uzaqda baş verən hadisələrin mənbəyi qəsdən həqiqətdən uzaq şəkildə təsvir edilir”, – deyə Fərəc Qarayev yazır.

O, qəzetdəki məqalənin lap əvvəlindən oxuculara yanlış məlumat çatdırıldığını vurğulayır: “Müəllif bildirir ki, “bu yaxınlara qədər tanınmamış Dağlıq Qarabağ ərazisinin bir hissəsi olmuş Kəlbəcərin Xudavəng monastırında Azərbaycanın alban-udin icmasının nümayəndələri ibadət yerinə yetiriblər”. Məqalə elə ilk cümlədən səhv, ya da qəsdən qurulan yalan üzərində davam edir. Çünki Azərbaycan SSR-in Kəlbəcər rayonu heç vaxt Dağlıq Qarabağ ərazisi olmayıb. Daha sonra isə yalan – “bu ərazi Bakının nəzarətinə keçib fikri” ilə davam edir”.

Fərəc Qarayev diqqətə çatdırır ki, 28 il erməni işğalı altında olmuş Kəlbəcər rayonu, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı Bəyanata əsasən, Azərbaycanın idarəçiliyinə qaytarılıb.

Fərəc Qarayev məktubunda daha sonra yazır: “Udinlərdən danışarkən müəllif istehza ilə onları “qədim Qafqaz Albaniyası sakinlərinin nəslinin davamçıları kimi” təqdim edir. Xalqın milli kimliyinə müəllifin münasibəti kinayəlidir. Hər bir xalqın qədim kökləri var və buna hörmətlə yanaşılmalıdır... Necə ki, rusların, ingilislərin, başqa xalqların öz tarixi kökləri barədə fəxarətlə bəhs etməsi kimsədə kinayə və istehza doğurmur”.

Professor Fərəc Qarayev “Nezavisimaya qazeta”dakı məqalə müəllifinin “Bakının Qarabağ ərazisindəki xristian abidələrini qeyri-erməniləşdirmək kampaniyası” barədə cəfəng fikrinə ən tutarlı cavabını isə Qarabağdakı alban xristian irsi barədə elmi tədqiqatlarda olduğunu diqqətə çatdırır: “Bu mövzuda tarixi həqiqətləri izləməkdə maraqlı olan oxuculara yüksək elmi nüfuzu şübhə doğurmayan müəlliflərin – SSRİ Elmlər Akademiyasının müxbir üzvü K.V.Trever, AMEA-nın müxbir üzvü F.Məmmədova və elmlər doktoru və udi tarixçisi V.Qukasyanın əsərlərini oxumağı məsləhət görürəm”.

Məqalə müəllifinin Azərbaycan Prezidenti İlham Əliyevin Şuşadakı “viran edilmiş” Qazançı kilsəsini ziyarət etməsi barədə fikrinə cavab olaraq Fərəc Qarayev yazır: “Viran edilmiş” sözünü xüsusi vurğulayan müəllifə xatırlatmaq istərdim ki, Şuşa şəhəri 28 il idi xarici hərbi qüvvələrin nəzarətində qalmışdı və şəhərə, eləcə də onun mədəni irsinə qarşı törədilən bütün vandalizm də məhz bu işğal illərində baş verib”.

Rusiyalı jurnalistin “Bakı Dağlıq Qarabağda üç onillik ərzində müsəlman abidələrinə guya zərər vurulması mövzusunu böyüdür” kimi, ümumiyyətlə, heç bir jurnalist etikasına sığmayan ifadəsinə cavab olaraq Fərəc Qarayev məktubda Zəngilan və Ağdam rayonlarında viran edilmiş, heyvan tövləsi kimi istifadə olunmuş məscidlərin, Ağdam teatrı binasının qalıqlarının, Şuşada Bülbülün dağıdılmış ev-muzeyinin və büstünün fotolarını təqdim edərək yazır: “Siz bütün bunlara “guya” deyirsiniz?”.

Azərbaycan bəstəkarı, həmçinin ölkəmizin 30 ilə yaxın işğal altında qalmış ərazilərində yüzlərlə tarixi-mədəni abidənin, qədim məbədlərin, türbələrin, mədəniyyət ocaqlarının, musiqi məktəblərinin, muzey və kitabxanaların dağılıb talan edildiyini, Ağdam şəhərinin yer üzündən silindiyini bildirir, Füzulinin işğaldan azad edilməsindən sonra orada Azərbaycan bayrağını asmaq üçün salamat bir binanın tapılmadığını xatırladır və sonda qəzetin baş reaktoruna müraciətlə yazır: “Nezavisimaya qazeta” bu cür tendensiyalı və qeyri-peşəkar hazırlanmış material dərc etməklə oxucularda son 30 ildə Cənubi Qafqazda baş verən hadisələr haqqında yanlış təsəvvür yaradır. Cənab Remçukov, həqiqətənmi xristian məbədində udinlərlə erməni kahinlərin birgə ibadətini təsvir edə biləcək dürüst, obyektiv, peşəkar bir mütəxəssis tapmaq mümkün deyildi? Doğrudanmı bütün Moskvada savadlı bir jurnalist tapılmadı? Buna inanmaq çətindir. Əfsus ki, həqiqətin üstünün örtülməsi və faktların təhrif edilməsi bu gün bir çox Rusiya kütləvi informasiya vasitələrində tendensiyaya, yoluxucu xəstəliyə çevrilib”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzərsahili dövlətlərin xarici işlər nazirlərinin görüşü keçiriləcək

Rəşt-Astara dəmir yolu tranzit yükdaşımaların həcmini 15 milyon tona çatdıracaq

ABŞ Hind-Sakit Okean regionunda ortamənzilli raketlər yerləşdirəcək

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Lissabon sammitindəki diplomatik uğurumuz tarixi Zəfərimizə dayanıqlı beynəlxalq zəmin yaratdı - ŞƏRH

Filippin sahillərində 6,7 bal gücündə zəlzələ baş verib

Xarici ölkələrdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər

Bəzi dağlıq rayonlarda dumana görə yollarda görünüş məsafəsi məhdudlaşacaq

Münhen hava limanında 500-dən çox reys təxirə salınıb VİDEO

Ağsu və Mingəçevir sakinləri odlu silahları polisə könüllü təhvil veriblər

Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq yarışda 1-ci yeri qazanıb

Sabah paytaxtda şimal-qərb küləyi əsəcək

Aşqabadda keçirilən “Qış Milli Mətbəx Xeyriyyə Festival”ında Azərbaycan da təmsil olunub

Türkiyə vətəndaşlarının Qəzzadan təxliyə işləri bərpa edilib

İcma: BMT-nin xüsusi məruzəçisinin iddialarını kəskin şəkildə pisləyirik

Azərbaycan nümayəndə heyəti Çində Dünya Media Sammitində iştirak edir VİDEO

Qərbi Azərbaycan İcması Fransız-alman Arte kanalında yayımlanan reportajla bağlı bəyanat yayıb

Ukrayna ərazisinə qanadlı raket və kamikadze dronları ilə hücum edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Nəsimi, Səbail və Xətai rayonlarında içməli suyun verilişində məhdudiyyətlər olacaq

“Times of Israel”: İsrail əməliyyatdan sonra Qəzzaya qoşun yeritməyəcək

Azərbaycan çempionatında 41 komandadan 167 boksçu mübarizə aparacaq

Paraqvaylı deputat təyyarə qəzasında həlak olub

DYP sağlamlıq imkanları məhdud olan şəxslərlə bağlı sürücülərə müraciət edib

Bu gün Beynəlxalq Əlilliyi olan Şəxslər Günüdür

Nizami rayonunda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb - YENİLƏNİB-2

Peruda silahlı şəxslərin hücumu nəticəsində 9 nəfər həlak olub

Mumiyalanmış “yadplanetlilərin” qalıqlarında naməlum DNT-yə rast gəlinib

Filippin universitetində baş verən partlayışda 3 nəfər ölüb, 40-dan çox yaralı var

DİM xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirir

Zooloqlar delfinlərin Yerin maqnit sahəsini hiss etdiklərini üzə çıxarıblar

“Toyota” avtomobillərinin yanacaq sistemində ciddi problem aşkarlanıb

İqlimşünaslar bu mövsüm rekord dərəcədə isti qış proqnozlaşdırırlar

Yaşıl Əjdaha ili: 2024-cü ilin Şərq təqvimi nə vəd edir?

Almaniyanın “Rheinmetall” konserni Ukraynada zirehli texnika istehsalına başlayacaq

Filippinin cənubunda “Daula İslamiyyə” qruplaşmasının 11 üzvü öldürülüb

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

Çin yeni respirator xəstəliklər dalğasını məlum olan yoluxucu viruslarla əlaqələndirib

Fiziki məhdudiyyətli uşaqların bacarıqları inkişaf etdirilir

GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək

ABŞ gələn il orbitə 20-dən çox hərbi məqsədli peykin buraxılmasını planlaşdırır

Şamaxıda “Əzizə Cəfərzadə yaradıcılığında Şirvan və Şirvanilər” adlı elmi-praktiki konfrans təşkil olunub

“Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Sumqayıtda Gənclər və Könüllülər Mərkəzinin ofisinin açılışı olub

Almaniya Ukraynaya yeni hərbi yardım paketi təqdim edib

Birgünlük kirayə evlər 20-60 manata təklif olunur – Gədəbəyin qış turizmi REPORTAJ

AVRO-2024: Final mərhələsinin püşkü atılıb, Türkiyə millisinin rəqibləri məlum olub

Asiya Akademiyaları Birliyi ilə əməkdaşlıq genişlənir

Beynəlxalq Muğam Mərkəzində "HasSak” ansamblının konserti olub

Laçın rayonunun işğaldan azad olunması və yaranan hərbi infrastruktur – AÇIQLAMA

Filippin sahillərində 6,4 bal gücündə daha bir zəlzələ olub

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib VİDEO

Ölkəmizdə Qazaxıstan mədəniyyəti günləri keçirilir

Həştərxanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin iştirakçıları mükafatlandırılıblar

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Prezident İlham Əliyev Dubayda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü münasibətilə keçirilən tədbirdə iştirak edib  YENİLƏNİB VİDEO

Qardabanidə “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimatı olub

İtaliya qəzeti: Təəssüf ki, Avropada erməni millətçiliyini və revanşizmini qızışdıranlar var

Filippində 7,5 bal gücündə zəlzələ baş verib

Son 20 il ərzində ən soyuq dekabr ayı 2002-ci ildə qeydə alınıb

Futbol üzrə Avropa çempionatının mükafat fondu bəlli olub

Mikayıl Cabbarov: Azərbaycan istixana qazı emissiyalarının 2050-ci ilədək 40 faiz azaldılmasını hədəfləyir

Almaniya millisi gənclər arasında futbol üzrə dünya çempionatının qalibi olub

Naxçıvanda Mühasiblər Forumu keçirilib

Gəncədə quyuya düşən şəxs xəstəxanada ölüb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin dördüncü iclası keçirilib

Azərbaycan Premyer Liqasında XV tur heç-heçə ilə başlayıb

Millətlər Liqası: Azərbaycan yığmasının püşkatmada yer alacağı səbət açıqlanıb

Türkiyə ölkə tarixinin aylıq ixrac rekordunu yeniləyib

Bakı və Sumqayıtda atmosfer havasında dispers toz hissəciklərinin miqdarı normanı ötüb

Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr edilmiş uşaq festivalı keçirilib

Nazir: SOCAR 2035-ci ilə qədər metan tullantılarını sıfıra endirəcək

Masallı sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər

Səhiyyə Nazirliyi Mingəçevirdə fləş-mob keçirib

Azərbaycanlı futbolçu Albaniya çempionatında beşinci qolunu vurub

Bakıda narkotik vasitələrin təsiri altında avtobus idarə edən sürücü saxlanılıb VİDEO

Əlahiddə Ümumqoşun Orduda istismarda olan avtomobil texnikalarına baxış-müsabiqəsi keçirilib VİDEO

Bakıda hərbçilər arasında güləş üzrə dünya çempionatına yekun vurulub

Bakıdakı Rus evi dekabr ayı üçün tədbirlər proqramını açıqlayıb

İstanbulda İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin Nazirlər Toplantısı keçirilir

Qarabağ Regional DOST Mərkəzində Reabilitasiya Məntəqəsi istifadəyə verilib

“Euronews” telekanalı Bakıda keçirilən SPECA-nın Zirvə görüşü haqqında reportaj yayımlayıb VİDEO

Akademik İsa Həbibbəyli Ankarada TÜBİTAK başqanı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

İİTKM və CAREC arasında Anlaşma Memorandumu imzalanıb

Roma Papası hərbi xərcləri aclıqla mübarizəyə yönəltməyə çağırıb

Tanınmış kinorejissor Akif Rüstəmov evində ziyarət edilib

“Şükran günü” qorxu filmi növbəti mövsümlə ekranlara geri qayıdır

Türkiyə Dünya İqlim Fəaliyyəti Sammitinə ev sahibliyi etmək niyyətindədir

Bakıdakı dünya çempionatında son günün qalibləri mükafatlandırılıblar VİDEO

Bakı Dövlət Sirki Yeni il proqramı təqdim edir

Film layihələri müsabiqəsinin yekunlarına həsr edilmiş brifinq keçirilib

Slovakiya-Ukrayna sərhədində yük maşınlarının uzun növbəsi yaranıb

Yeni Zelandiyada 100 ildə ilk dəfə olaraq vəhşi təbiətdə kivi quşunun iki balası yumurtadan çıxıb

BMT-nin forumunda Ermənistanın etnik təmizləmə siyasətindən danışılıb

“Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” mövzusunda dəyirmi masa keçirilib

Tehranda hava çox çirkləndiyinə görə məktəbləri bağlayıblar

Çexiyanın xarici işlər naziri Azərbaycanın sülh səylərini müsbət qiymətləndirib

Azərbaycan güləşçiləri dünya çempionatının son günündə 3 medal qazanıblar

Cənubi Çexiyada qar fırtınası səbəbindən fövqəladə vəziyyət elan edilib

“Bilim Bakı”da “Kiçik sahibkarlar, böyük hədəflər” proqramının bağlanış tədbiri keçirilib