SİYASƏT


Professor Fırat Purtaş: Azərbaycanda və Türkiyədə əhalinin təbii artımının dinamikası dövlətlərimizin gücünü artırır

Ankara, 7 aprel, AZƏRTAC

Aprelin 6-da Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi tarixi və strateji əhəmiyyət daşıyan bir hadisədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) baş katibinin müavini, professor Fırat Purtaş deyib.

Ulu öndər Mustafa Kamal Atatürkün “biz ötən dövrdə çox şeylər qazandıq, ən əsası odur ki, əhalimizin sayını 15 milyon artıra bildik” ifadəsini xatırladan professor Fırat Purtaş deyib: “Əhalinin artım dinamikasını saxlamaq müasir dövrdə bir çox ölkələr üçün böyük problemə çevrilib. Azərbaycanda və Türkiyədə isə əhalinin təbii artımındakı dinamik inkişaf dövlətlərimizin gücünə güc qatır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi maddi kapitalı insan kapitalına çevirmək Azərbaycanda mühüm bir strategiyadir. Azərbaycan və Türkiyə insan resurslarından daha səmərəli istifadə etməklə qarşılıqlı olaraq ölkələrimizin inkişafına böyük fayda gətirirlər. Əhalinin təbii artımı müasir təfəkkürlü, elmli və milli düşüncəli gənc nəslin yetişməsinin əsasıdır”.

Yeni dünyaya gələn körpənin valideynlərini və bütün Azərbaycan xalqını təbrik edən professor Fırat Purtaş əminliklə ifadə edib ki, Azərbaycan əhalinin təbii artım dinamikasından daha səmərəli istifadə etməyə nail olacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.