CƏMİYYƏT


Professor Gəray Gəraybəyli ATU-da tələbələrin qeydiyyat prosesi ilə tanış olub

Bakı, 21 avqust, AZƏRTAC 

Avqustun 21-də Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ATU-da tələbələrin qeydiyyat prosesinin gedişi ilə tanış olub.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, abituriyentlər və onların valideynləri ilə söhbətdə G.Gəraybəyli qeydiyyat zamanı yaranan çətinliklərlə maraqlanıb, prosesin daha da sürətləndirilməsi üçün müvafiq məsləhətlərini verib.

Qeyd edək ki, qeydiyyat prosedurunda lazım olan sənədlərin siyahısı əvvəlcədən ATU-nun saytına yerləşdirilməsinə baxmayaraq, bəzi tələbələrin sənədlərində çatışmazlıqlar aşkarlanır. Universitetdə yaradılmış ciddi nəzarət sayəsində bu cür məsələlərin yoluna qoyulmasında tələbə adını qazanmış abituriyentlər və onların valideynlərinə lazımi məsləhətləri verilir.

Sənədlərin qəbulu avqust 25-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.