ELM VƏ TƏHSİL
Professor İbrahim Uslan: Azərbaycan həqiqətlərinə diqqətlə yanaşmaq Qazi Universitetinin fəaliyyətində prioritetdir VİDEO
Ankara, 25 oktyabr, AZƏRTAC
Tələbələrə yüksək təhsil vermək, türk-İslam dünyası ilə sıx əməkdaşlıq qurmaq, o cümlədən Azərbaycan həqiqətlərinə diqqətlə yanaşmaq Türkiyənin Qazi Universitetinin fəaliyyətində prioritet məsələdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qazi Universitetinin rektoru, professor İbrahim Uslan ifadə edib. Rektor bildirib ki, rəhbərlik etdiyi təhsil ocağı Azərbaycana dair məsələləri gündəmdə saxlamaq üçün ölkəmizin Ankaradakı səfirliyi ilə sıx əməkdaşlıq etməkdədir. Professor diqqətə çatdırıb ki, Qazi Universitetində Azərbaycana aid tarixi həqiqətlərlə bağlı, o cümlədən Xocalı soyqırımına dair konfrans və mərasimlər də davamlı təşkil edilir. Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi-Prezidentin köməkçisi, tarix üzrə elmlər doktoru, professor Dilarə Seyidzadənin məruzəçi olduğu Azərbaycanın dövlət müstəqilliyinin 28-ci ildönümünə həsr olunan konfrans da belə tədbirlərdən biridir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara