Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Professor İsaxan Vəliyev: Azərbaycan Ordusu sübut etdi ki, Qarabağın işğalı ilə heç zaman barışmayacağıq

Bakı, 16 oktyabr, AZƏRTAC

Düşünürəm ki, təcavüzə, təcavüzkara qarşı ən pis müharibə ən yaxşı sülhdən yaxşıdır. Çünki haqq müharibəsidir, onu həm dini, həm mənəvi, həm də qanuni dəyərlər dəstəkləyir. Bu gün bütün dünya bilir ki, kiçik Ermənistan təcavüzkar dövlətdir. Sözdə böyük Türkiyəyə, işdə Azərbaycana qarşı... Bu təcavüz artıq 100 ildir ki, zərrə-zərrə, qram-qram davam edir.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev deyib. İ.Vəliyev bildirib ki, təcavüzkara dəstək verən məlum ölkələr “erməni genosidi” nağılını həqiqət kimi qəbul edərək Türkiyəyə qarşı olduğunu açıq bildirib. Artıq 28 ildir ki, Ermənistan onların - türkə qarşı olanların dəstəyi ilə Azərbaycan torpaqlarının 20 faizini işğal edib və bu işğala qanuni don geyindirməklə məşğuldur. Aqillər deyir ki, azğın düşməni sözlə başa salmaq olmaz, ən azı bir-iki güllə atmaq lazımdır. Hazırda Azərbaycan Ordusu da bununla məşğuldur, azğın düşməni Azərbaycan torpağından çıxarır. Azərbaycan rəhbərliyi Qarabağ münaqişəsinin sülh yolu ilə, silahsız və qansız həll olunması üçün ATƏT-in Minsk qrupunun dəstəyi ilə on illərlə Ermənistanla danışıqlar aparıb, atəşkəs rejimini pozmayıb. Amma aparılan danışıqlar erməni tərəfinin qeyri-konstruktiv mövqeyi səbəbindən heç bir nəticə verməyib. Azərbaycan dövləti, Azərbaycan Prezidenti erməni təcavüzünün qarşısını birdəfəlik almaq üçün ən əlverişli geosiyasi məqamın yetişməsini illərlə səbirlə və tədbirlə gözləyib. Siz siyasətin müdrikliyini, siyasətçinin uzaqgörənliyini hiss edirsinizmi?! Artıq belə bir məqam yetişib - Azərbaycan Ordusu nəinki regionda, hətta bütün postsovet məkanında ən güclü ordulardan biridir. İşdə də bunu sübut edir, işğalçı Ermənistana sarsıdıcı zərbələr endirir. Ermənistanın əsas havadarları neytral mövqe nümayiş etdirir, təcavüzkara, ən azı açıq dəstək vermir. Rusiya Prezidenti birmənalı olaraq deyir ki, döyüşlər Azərbaycan ərazisində gedir. Düşmənin yalnız ordusu zəif deyil, həm də lideri səriştəsizdir. Ölkənin baş naziri döyüş meydanında olduğu kimi, siyasət meydanında da mövqelərini sürətlə itirir. Nə qədər qəribə olsa da, bu adamın atdığı addımları, verdiyi bəyanatları sağlam məntiqlə başa düşmək, normal ağılla izah etmək mümkün deyil.

Hesab etmək olar ki, Ermənistan lideri Paşinyanın intellektual qabiliyyəti, siyasi səviyyəsi mənsub olduğu xalqın səviyyəsi ilə tam adekvatdır. Dünənə qədər özünü qalib hesab edirdi, Azərbaycan torpaqlarının işğalını reallıq kimi qələmə verirdi. Hətta sülh danışıqları aparmaqdan imtina edirdi, “Azərbaycan Qarabağla danışıqlar aparmalıdır” deyirdi. Amma Azərbaycan xalqı, Azərbaycan Ordusu sübut etdi ki, Qarabağın işğalı ilə heç zaman barışmayacağıq, öz torpaqlarımız uğrunda vuruşacağıq. Yeri gəlmişkən, artıq bunu erməni xalqı da hiss edir və daimi qorxu içərisindədir. Paşinyan isə bu gün sözdə müharibə “silahı”nı ağ bayraqla əvəz edir, amma işdə yenə Azərbaycan xalqına, onun liderinə müraciət etmək, üzrxahlıq etmək istəmir. Əvəzində Minsk qrupunun həmsədri olan dünya ölkələrinin liderlərinə mütəmadi olaraq zənglər edir, müharibəni dayandırmağı xahiş edir. Bu adam necə siyasətçidir, liderdir?! Daim daha güclülərin sifarişini yerinə yetirən, onların “forpostu”na çevrilən bir ölkənin lideri başa düşmək istəmir, başa düşə bilmir ki, Azərbaycan dövləti Vətən müharibəsini əks-hücum kimi başladığı, hazırda bu müharibəni qələbəyə doğru özü apardığı kimi, müharibəni dayandırmaq haqqında qərarı da özü verir. Azərbaycan Ermənistandan fərqli olaraq müstəqil dövlətdir, Prezident İlham Əliyev isə Azərbaycan xalqının iradəsini ifadə edir, xalqın sosial sifarişlərini həyata keçirir.

İ.Vəliyev qeyd edib ki, Azərbaycan xalqının sosial sifarişi isə bu gün ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan dövlətinin təcavüzkar hərəkətlərinə, onun liderinin cinayətkar siyasətinə qanuni qiymət verilməsidir. Hazırda ordumuz birinci məsələnin öhdəsindən uğurla gəlir. Rusiyanın təşəbbüsü ilə həyata keçirilən atəşkəs rejimi humanitar məqsədli və müvəqqətidir. Təcavüzkar Ermənistanla danışıqlar aparmağın mənasız olduğu 100 il ərzində dəfələrlə sübut edilib. Bu, sadəcə olaraq, təcavüzkar Ermənistana verilən son şansdır. Bu millət, bu dövlət bütün təcavüzkarlar kimi qorxaqdır, ədalət, qanun anlayışlarına əhəmiyyət vermir, beynəlxalq hüquq normalarına məhəl qoymur, yalnız güc faktorundan çəkinir, güc faktorunu qəbul edir. Humanitar atəşkəs elan olunduqdan sonra erməni hakimiyyəti Fransadan “humanitar kömək” adı altında hərbi sursat daşımaqda davam edir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, atəşkəs barədə Moskva razılaşması bağlandığı andan Prezident İlham Əliyev tərəfindən dəstəklənsə də, onun bağlanması yalvarışı ilə üçüncü dövlətə müraciət edən Ermənistan hakimiyyəti razılaşmanı bağladığı andan mütəmadi olaraq pozmaqda davam edir. Düşmən təcavüzdən azad edilmiş Hadrut və Cəbrayıl istiqamətində Azərbaycan mövqelərinə hücum etdi, Gəncəyə, Tərtərə raket zərbələri endirməyə başladı, dinc əhali arasında itkilər baş verdi, mülki, o cümlədən beynəlxalq əhəmiyyətli obyektlərə külli miqdarda ziyan vuruldu. Doğrudur, düşmənin həmlələri dəf edilib, təxribatçı qüvvələri məhv edilib, amma Ermənistan məğlubiyyətlə barışmaq istəmir, mülki təyyarələrlə (hətta Paşinyanın xidməti təyyarəsində) müxtəlif ölkələrdən silah-sursat daşımaqda davam edir, məğlubiyyətin əvəzini çıxmağa, ordumuzun hücumlarını dayandırmağa cəhd göstərir. Lakin Azərbaycan xalqının və Prezidentin fikri qətidir, müharibə Qələbəyə qədər davam etməli, ölkəmizin ərazi bütövlüyü tam təmin edilməlidir.

Təcavüzə və cinayətə qanuni qiymət verməyə gəlincə, bu, əsaslı və haqlı məsələdir. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi hazırda cinayət əməllərini bütün dünyanın gözü qarşısında davam etdirir, Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərə əməl etmir. Azərbaycanın dinc əhalisinin sıx yaşadığı əraziləri hətta atəşkəs elan olunduqdan sonra ağır silahlardan atəşə tutur, mülki şəxslərə qarşı kütləvi qətliamlar törədir. Ermənistanın Azərbaycanda dinc sakinləri - uşaqlar, qadınlar və qocaları qətlə yetirməsinin müharibə cinayəti, insanlıq əleyhinə cinayət olduğunu hamı bilir. Belə ki, sentyabrın 27-dən başlayaraq bu günə qədər Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi – Gəncəni, Tərtəri, Bərdəni atəşə tutması nəticəsində 40-dan çox mülki vətəndaşımız həlak olub, 200-dən çoxu yaralanıb, xəsarət alıb. Naftalan şəhərlərində bütöv bir ailə qətlə yetirilib. Erməni terroru nəticəsində həyatını itirənlər arasında azyaşlı uşaqlar, qadınlar və qocalar da var.

Qeyd etmək lazımdır ki, Ermənistan rəhbərliyinin törətdiyi əməllər BMT Nizamnaməsinə, Cenevrə Konvensiyasına ziddir və cinayət əməli kimi qiymətləndirilməlidir. Ermənistan təcavüzü dünyada sülhə, beynəlxalq təhlükəsizliyə təhdid yaratdığından Təhlükəsizlik Şurasının hüququ vardır ki, Ermənistanın cinayətkar siyasi rəhbərlərini Beynəlxalq Cinayət Məhkəməsinə versin. Azərbaycan tərəfi isə təcavüzkarın Avropa İnsan Hüquqları Məhkəməsinə verilməsi hüququnu özündə saxlayır. Düşünürəm ki, Paşinyan müharibəyə başladığına və nahaq qanlar axıtdığına, törətdiyi müharibə və insanlıq əleyhinə olan cinayətlərə görə qanun qarşısında cavab verəcək və cəzasız qalmayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqası: “Qol yağışı”nda PSJ və “Borussiya Dortmund” sevinib

Rişi Sunak və Benyamin Netanyahu arasında telefon danışığı olub

Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək

QHT sədri: COP29 zamanı Bakının dünyaya nümunə olacaq təcrübə təqdim edəcəyinə inanırıq

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib