Professor Musa Qasımlı “Rusiya-Türkiyə münasibətlərinin 100 ili” mövzusunda beynəlxalq elmi konfransda məruzə edib
AzerTAg.az
Bakı, 12 noyabr, AZƏRTAC
Qafqazşünaslıq İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Moskvada onlayn formatda keçirilən “Rusiya-Türkiyə münasibətlərinin 100 ili” adlı beynəlxalq elmi konfransda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Rusiya, Türkiyə, Bolqarıstan, İsveçrə, Gürcüstan və digər ölkələrdən alimlərin iştirak etdiyi konfransda professor Musa Qasımlı “Qars müqaviləsinin ratifikasiyası məsələsinə dair (Azərbaycan, Rusiya, Türkiyə və Gürcüstan arxiv materialları əsasında)” mövzusunda məruzə edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Baş direktor, həmçinin beynəlxalq elmi konfransın “Moskva və Qars müqavilələrinin dünya və regional siyasət kontekstində əhəmiyyəti” bölmə iclasına sədrlik edib.


Xəbərin mətnində orfoqrafik səhv var