MƏDƏNİYYƏT


Professor Mustafa Əl-Fəki: Nizami Gəncəvi dünya ədəbiyyatını zənginləşdirmiş dahi şair və mütəfəkkirdir

Qahirə, 8 oktyabr, AZƏRTAC

Bu il 880 illik yubileyi qeyd olunan Azərbaycan şairi Nizami Gəncəvi öz poeziyası və fəlsəfi yanaşması ilə sevgi, şəfqət və sülh mədəniyyətinə əvəzsiz töhfələr verib. O, dünya ədəbiyyatını zənginləşdirmiş dahi şair və mütəfəkkirdir. Biz məmnunuq ki, dünya elmi və mədəniyyətinə pəncərə rolunu oynayan İsgəndəriyyə Kitabxanasında Nizami Gəncəvinin büstü qoyulub. Buraya gələn oxuculara və qonaqlara Şərq ədəbiyyatının görkəmli klassikinin zəngin irsi haqqında məlumat verilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İsgəndəriyyə Kitabxanasının direktoru, professor Mustafa Əl-Fəki Nizami Gəncəviyə həsr olunmuş tədbir çərçivəsində Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə söyləyib. O əlavə edib ki, Azərbaycanın zənin mədəni və ədəbi irsi, adları Şərq ədəbiyyatı tarixinə qızıl hərflərlə yazılmış şair və yazıçıları İslam aləminin sərvətidir.

Əl-Fəki deyib: “Azərbaycan bizim üçün qardaş ölkədir. Ortaq dinimiz, tariximiz, mədəniyyətimiz var. SSRİ-nin süqutundan sonra Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Misir olub. Biz dost və qardaş ölkə ilə daha sıx əməkdaşlıq etmək, onun mədəniyyətini və ədəbi irsini təbliğ etmək istəyirik”.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.