Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Professor Nərgiz Paşayeva “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb

Bakı, 28 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aprelin 28-də keçirilən ümumi yığıncağında “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” öz sahiblərinə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, aprelin 19-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” müsabiqəsinin nəticələrini ictimaiyyətə açıqlayan AMEA-nın prezidenti, akademik Akif Əlizadə müsabiqədə iştirak etmək üçün namizədliyi irəli sürülən alimlər haqqında təqdimatların müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına təqdim olunduğunu, Komissiyanın bu il keçirilən yekun iclasında Qızıl medala layiq görülən namizədlərin seçildiyini bildirib.

Müsabiqənin nəticələrinə görə, müstəqillik illərində Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilən mühüm beynəlxalq layihə olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsindəki müstəsna xidmətlərinə görə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva, Azərbaycanın mədəni və tarixi irsinin dünya miqyasında elmi əsaslarla öyrənilməsinə verdiyi xüsusi dəstəyə görə Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri, Oksford və Nyu-York universitetlərinin professoru Robert Hoyland Qızıl medala layiq görülüblər.

Qeyd edək ki, 2013-cü ilin yayında M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın britaniyalı alimlərlə görüşü zamanı məlum oldu ki, Oksford Universitetində Azərbaycan ədəbiyyatı, tarixi və dili haqda demək olar heç bir məlumat, araşdırma, tədris vəsaiti yoxdur və fənlər tədris edilmir. Bununla belə, universitetdə gürcü və erməni dilləri öyrənilir. Həmin vaxt professor Nərgiz Paşayeva britaniyalı alimlərlə müzakirələr zamanı təklif edib ki, Oksford Universitetinin nəzdində Elmi Mərkəz açılsın və bu Mərkəz universitetin bir hissəsi kimi tanınsın, elmi fəaliyyət göstərsin və gələcək nəsillər bundan istifadə edə bilsinlər. Professor Nərgiz Paşayeva Mərkəzə Nizami Gəncəvinin adının verilməsini təklif edərək demişdi: “Bizim iki qürur mənbəyimiz varsa, onlardan biri Nizami Gəncəvidir”.

Beləliklə, 2013-cü il oktyabrın 28-də Böyük Britaniyada M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva və Oksford Universitetinin beynəlxalq inkişaf üzrə direktoru Lieyzl Elder arasında Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılmasına dair Anlaşma Memorandumu imzalandı və həmin vaxtdan dünyanın ən qədim və nüfuzlu universitetlərindən biri olan Oksford Universitetində Nizami Gəncəvi adına Elmi Mərkəz fəaliyyət göstərməyə başladı (http://www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/home).

Professor Nərgiz Paşayeva 2013-cü ildən fəaliyyət göstərən Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin yaradılmasında böyük əmək sərf edərək Böyük Britaniyada müxtəlif görüşlər keçirmiş və bu Mərkəzə məhz dahi şairimiz Nizaminin adının verilməsinə nail olmuşdur.

2013-cü ildən başlayaraq bu istiqamətdə professor Nərgiz Paşayevanın Oksford Universitetinin inkişaf departamentinin rəhbəri xanım Lieyzl Elder, universitetin keçmiş vitse-kansleri professor Endru Hamilton, Kraliçanın ədliyyə məsələləri üzrə müşaviri, “Brasenose” Kollecinin rəhbəri Con Bouers, Sent Kross Kollecinin rəhbəri, Viktoriya və Albert muzeyinin direktoru vəzifəsində işləmiş Ser Mark Couns, Şərqşünaslıq İnstitutunun rəhbəri professor Mark Smit, Triniti Kollecinin professoru Brayan Vord Perkins və onlarla başqa alim və rəhbər şəxslərlə keçirdiyi görüşlərdə Azərbaycan üçün vacib olan bu elmi Mərkəzin fəaliyyət istiqamətləri və elmi-strateji məqsədləri müzakirə olunmuşdur.

Nizami Gəncəvi Mərkəzi Oksford Universitetinin rəsmən qəbul edilmiş və tanınmış struktur bölməsidir və həmin universitetin təkcə Şərqşünaslıq fakültəsi ilə bağlı məsələləri deyil, ümumiyyətlə, Oksford Universitetində digər sahələrdə elm və təhsillə bağlı olan bütün məsələlərdə Azərbaycan üzrə koordinator səlahiyyətlərinə malikdir.

Hazırda Mərkəz Oksford Universiteti tərəfindən tərtib və təsdiq edilmiş 5 illik elmi-tədris proqram üzrə kitabların yüksək akademik səviyyədə tərcüməsi, Bərdə şəhərində arxeoloji tədqiqatların aparılması, beynəlxalq konfransların keçirilməsi, əlyazmaların öyrənilməsi, aspirant və magistrantların hazırlığı istiqamətində fəaliyyət göstərir. Həmçinin Mərkəz Oksford Universitetinin qaydaları çərçivəsində mədəni-akademik layihələri də həyata keçirərək dünya elmi-intellektual birliyi ilə əlaqələr yaratmağa çalışır.

Qeyd edək ki, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzində professor Nərgiz Paşayevanın təşəbbüsü ilə başlanmış Nizami yaradıcılığının tədqiqatçısı, tanınmış şərqşünas alim, professor Yevgeni Bertelsin “Dahi Azərbaycan şairi Nizami” kitabının (1940) Oksford Universitetində rus dilindən ingilis dilinə edilən tərcüməsi başa çatıb. Y.Bertelsin bu elmi əsəri Nizami yaradıcılığının öyrənilməsi və tədqiqi baxımından dünya nizamişünaslığı və şərqşünaslığı üçün vacib əhəmiyyət daşıyır. 1940-cı ildən etibarən həmin kitab nəinki ingilis dilində, həmçinin orijinal variantda da təkrar nəşr edilməyib. Kitab Oksford Universitetində ingilis dilində çap olunub. Bu, ingilis dilində nəşr olunan ilk akademik tərcümədir və cari ilin mayında Böyük Britaniyada kitabın təqdimatı keçiriləcək.

Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzi öz fəaliyyətində fundamental və akademik elmi araşdırmalara xüsusi önəm verərək müxtəlif beynəlxalq elmi konfranslar təşkil edir. 2015-ci il iyunun 6-da Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi, Şərqşünaslıq İnstitutu və Qədim Antik Dövr Mərkəzi ilə birgə “Şərqi Qafqaz son antik dövrdən erkən İslam dövrünə qədər” adlı Beynəlxalq elmi-praktik konfrans təşkil edib.

Nizami Gəncəvi Mərkəzinin Böyük Britaniyada keçirdiyi ilk geniş akademik elmi tədbirində Oksford Universiteti ilə yanaşı, Böyük Britaniyanın digər nüfuzlu təhsil ocaqlarının, eləcə də Avropanın bir sıra qabaqcıl universitetlərinin Yaxın Şərq və Qafqaz bölgəsi üzrə mütəxəssis alimləri iştirak ediblər.

2016-cı il iyunun 11-də Oksford Universitetinin ən qədim təhsil müəssisələrindən olan “Brasenose” Kollecində universitetin Nizami Gəncəvi Mərkəzi növbəti “Trans-Xəzər əlaqələri (V-XIII əsrlər)” mövzusunda Beynəlxalq elmi konfrans təşkil edib. Keçirilən hər iki konfransın həmsədri Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva olub.

Konfransda Oksford Universitetinin alimləri ilə yanaşı, Şotlandiyanın Edinburq Universitetinin Roma arxeologiyası üzrə professoru, Oksford və Tübingen universitetlərinin mühazirəçisi, eyni zamanda, Böyük Britaniyanın Farsşünaslıq İnstitutu və Romaşünaslığın Təbliği Cəmiyyətinin şura üzvü Eberhard Zauer, Rusiya Elmlər Akademiyasının aparıcı arxeoloqu və tarixçisi, professor Zvezdana Dode, Rusiya Elmlər Akademiyasının Dağıstan elmi mərkəzində arxeologiya departamentinin rəhbəri, professor Murtazəli Hacıyev, Harvard Universitetinin aparıcı arxeoloqu, doktor Kərim Əlizadə, Nyu-York və Pensilvaniya universitetlərində arxeologiya üzrə aparıcı mütəxəssis, doktor Lara Fabian, Kanadanın Saskatçevan və İngiltərənin Durham universitetlərinin doktoru Kristen Hopperin elmi məruzələri böyük maraqla dinlənilib.

Professor Nərgiz Paşayevanın təşəbbüsü ilə Oksford Universitetinin tədqiqatçı alimi, doktor Pol Vodsvordun rəhbərliyi altında bir qrup Oksford tədqiqatçısı Bərdədə artıq iki ildir ki, arxeoloji qazıntılar aparır və Azərbaycan üçün çox əhəmiyyətli tarixi tapıntılara nail olublar.

Onu da qeyd edək ki, Britaniyanın “Sərhədsiz İrs” (Heritage Without Borders) təşkilatı Azərbaycanda ilk dəfə olaraq mədəni irsin qorunması məqsədilə Bərdə Arxeoloji Ekspedisiyasının işinə cəlb edilib. Bu təşkilat dünyanın müxtəlif bölgələrində bəşəriyyətin mədəni irsinin qorunması üçün aparıcı mütəxəssisləri bir araya gətirir və işlədiyi ölkələrdə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən maddi mədəniyyət nümunələrinin qorunması və mühafizəsini təşkil edərək gələcək nəsillərə ötürülməsini təmin edir.

2016-cı ildə Britaniyada təsis edilmiş və rəsmi qeydiyyatdan keçmiş (qeydiyyat nömrəsi 1169381) “Azərbaycan və Qafqazı öyrənən Britaniya Fondu”nun (“The British Foundation for the Study of Azerbaijan and the Caucasus”) Qəyyumlar Şurasının sədri professor Nərgiz Paşayeva seçilib.

Lordlar Palatasının üzvü, Avropa Şurasının 2003-2006-cı illərdə Azərbaycan üzrə məruzəçisi olmuş lord Malkolm Brus, İngiltərənin Azərbaycan və Qafqaz regionu üzrə aparıcı alimləri - Oksford Universitetinin İslam tarixi üzrə, habelə Nyu-York Universitetinin Qədim Dünya İnstitutunun aparıcı professoru, hazırda Qafqaz regionunu öyrənən və qədim Bərdənin arxeoloji ekspedisiyasına rəhbərlik edən professor Robert Hoyland, Şotlandiyanın məşhur Sent Endryus Universitetinin İslam, Orta Asiya və Qafqaz bölgəsi üzrə professoru Endryu Pikok və Ekseter Universitetinin İslam tarixi və şiəlik təriqətinin yayıldığı əraziləri öyrənən professoru Robert Qliv yaradılan Britaniya Fondunun Qəyyumlar Şurasının üzvləridir.

Bu Fond Azərbaycan və Birləşmiş Krallıq arasında mövcud olan ikitərəfli elm, mədəniyyət, maarif, təhsil münasibətlərinə real töhfə verən ciddi bir qurum kimi fəaliyyət göstərməyi qarşısına məqsəd qoyub. Fond Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin və İngiltərə-Azərbaycan Cəmiyyətinin fəaliyyətinə dəstək verməklə yalnız Oksford Universiteti və Londonda deyil, İngiltərənin başqa ali təhsil ocaqları, mötəbər elmi və siyasi qurumları ilə əməkdaşlıq etməyi planlaşdırır. Fondun məqsədlərindən biri də Azərbaycan və Qafqaz üzrə Britaniyanın alim və aparıcı mütəxəssislərini bir araya gətirib Azərbaycanı layiqli səviyyədə təmsil etməklə yanaşı, Britaniyada yaşayan Azərbaycan icmasına dəstək olmaqdır. Britaniya Fondu Birləşmiş Krallıqda elm və mədəniyyət sahələrində Azərbaycan və Qafqazla bağlı aparılan bütün işlərin davamlı, uğurlu, perspektivli olmasını və beynəlxalq akademik səviyyəsini təmin etmək məqsədilə şəffaf və ədalətli dəstək üçün yaradılıb.

2017-ci il yanvarın 25-də dünyanın ən böyük dekorativ-tətbiqi incəsənət və dizayn muzeyi olan, 1852-ci ildə əsası qoyulmuş Viktoriya və Albert Muzeyində Britaniya Fondunun təqdimat mərasimi keçirilib.

Tədbirdə Birləşmiş Krallığın elmi-akademik dairələrinin nüfuzlu üzvləri, Böyük Britaniya hökuməti və parlamentini təmsil edən şəxslər, Böyük Britaniya Baş nazirinin Azərbaycan, İraq və Türkmənistan ilə ticarət üzrə xüsusi nümayəndəsi Baronessa Nikolson, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvləri lord Malkolm Brus və lord Maykl German iştirak ediblər. Tədbirə qatılan alimlər arasında məşhur tarixçi, Londonun SOAS Universitetinin ərəb tarixi üzrə professoru Hyu Kennedi, Oksford Universitetinin ərəb ədəbiyyatı üzrə professoru Culiya Brey, Oksford Universitetinin Rusiya və Avrasiya Mərkəzinin direktoru, professor Roy Allison, Oksford Universitetinin şərqşünaslıq fakültəsinin professoru Edmund Herseq, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Britaniya tərəfdən rəhbəri, professor Robert Hoyland, SOAS Universitetinin Şərq musiqisi üzrə professoru, İranşünaslıq Mərkəzinin üzvü Oven Rayt, həmin universitetin İslam incəsənəti üzrə professoru, SOAS Universitetinin xəzinələri layihəsinin direktoru Anna Kontadini, ABŞ-ın Luiziana ştatının Tuleyn Universitetinin Səfəvilər dövrü üzrə tədqiqatçı alimi, professor Elio Brankaforte, Britaniyanın Ekseter Universitetinin İslamşünaslıq üzrə professoru Robert Qliv, Şotlandiyanın Sent Endryus Universitetinin orta əsrlər üzrə islamşünas professoru Endryu Pikok, Kembric Universitetinin Qazaxıstan Mərkəzinin direktoru, doktor Siddhart Saksena, Darem Universitetinin aparıcı arxeoloq alimi, doktor Dan Lorens, qədim və orta əsrlər dövrü üzrə tarixçi alim, BBC və digər beynəlxalq telekanallarda yayımlanan elmi-maarifləndirici verilişlərin məşhur aparıcısı və müəllifi doktor Bettani Hyus və başqalarının adlarını çəkmək olar.

Qeyd etmək lazımdır ki, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzi yarandığı gündən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı ilə sıx əlaqələr qurub. Hazırda MDU-nun Bakı filialında Nizami Gəncəvi Elmi Mərkəzi ilə elmi əlaqələr qurmaq istəyən, Azərbaycanda fəaliyyət göstərən bütün elmi müəssisə və təşkilatlar üçün əlaqə mərkəzi rolunu həyata keçirən “Oxford Room” adlı xüsusi şöbə mövcuddur. Şöbə Mərkəzin fəaliyyəti ilə maraqlanan, onun ali missiyasına kömək göstərmək istəyən təhsil və elm müəssisələrini, fiziki və hüquqi şəxsləri Mərkəzin fəaliyyəti haqqında informasiya ilə təmin edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda Qafqaz Albaniyası mövzusuna həsr olunmuş XI beynəlxalq elmi konfrans başa çatıb

“Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi böyük həqiqətin növbəti təzahürüdür” - RƏY

Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır

FHN: “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın söndürülüb

Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib

Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir

Aerokosmik Modelçilik Festivalının qalibləri mükafatlandırılıb

Premyer Liqa: "Qəbələ" "Qarabağ" səfərindən xalla qayıdıb

“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb VİDEO

Belçikalı gimnast: Milli Gimnastika Arenasındakı təşkilatçılıq möhtəşəmdir

Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır

“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub

Nurlana Məmmədzadə: Bədii gimnastika ölkəmizdə qızlar arasında ən populyar idman növüdür

Bu gün Bakının 551 küçəsi yuyulub

Baş katib: Gənc gimnastlarımız Bakıdakı Dünya Kubokunda təcrübələrini daha da artıracaqlar

Ticarət və Sənaye Palataları Birliyi Qadın Sahibkarlar Komitəsinin ikinci Baş Assambleya iclası keçirilib

“Ailədaxili mübahisələrin mediasiya prosesləri vasitəsilə həllində psixoloqların rolu” mövzusunda konfrans keçirilib

® “Bakcell” 100000GB kütləvi hədiyyə paylayır!

Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub

İsveçli atlet şüvüllə tullanmada yeni dünya rekordu vurub

Ceyranbatan su kanalında bir nəfərin batması ilə bağlı FHN-in müvafiq qüvvələri əraziyə cəlb edilib

Taxta bazarı adlanan ərazidə yanğınla bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib

23 Aprel-Milli Suverenlik və Uşaq Bayramı münasibətilə türkdilli dövlətlərdən bir qrup uşaq Türkiyəyə gətirilib

Ekvador Prezidenti enerji böhranı ilə əlaqədar fövqəladə vəziyyət elan edib

Bu il “Aerokosmik Modelçilik Festivalı” iştirakçılarının sayı 2 dəfə artıb

BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub

Türkiyə Prezidenti HƏMAS-ın siyasi bürosunun rəhbərini qəbul edib

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi "Neftçi" olub

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın baş verib VİDEO

Bu il Türkiyənin xidmətlər üzrə ixrac hədəfi 110 milyard dollardır

DİN-in baş idarəsinin nümayəndəsi: Azərbaycanda narkotik istehsalı ilə bağlı fakt aşkarlanmayıb – MÜSAHİBƏ

“Flydubai” Dubay hava limanından uçuşlar rejimini bərpa edib

Bədii gimnastika üzrə Dünya Kuboku: Çoxnövçülük yarışında lider dəyişib

77-ci Kann kinofestivalının rəsmi posteri təqdim edilib

IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

Evi yararsız vəziyyətə düşən vətəndaş üçün müvəqqəti çadır qurulub

Türkiyə XİN Azərbaycan-Ermənistan dövlət sərhədi ilə bağlı əldə edilən razılaşma barədə bəyanat yayıb

İsveçin xarici işlər naziri Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib

Dörd kəndin qaytarılması Prezident İlham Əliyev başda olmaqla Azərbaycan diplomatiyasının növbəti uğurudur - ŞƏRH

Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib

Qızılhacılı kəndinin sakinləri doğma yurdlarının qaytarılmasının sevincini yaşayırlar VİDEO

Nəcəf Aydınoğlu: Narkotacirlərin texniki işçiləri və hakerləri də olur

İranın Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır

Moskva Dövlət Linqvistika Universiteti nəzdində Azərbaycan dili və Mədəniyyəti Mərkəzi 15 illik yubileyini qeyd edib

Hakan Fidan: Dünyanın ən böyük problemi beynəlxalq sistemin ikiüzlülüyüdür

Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO

Şəkidə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

WP: ABŞ Ukraynaya hərbi yardım paketini Konqresin təsdiqindən dərhal sonra çatdıra bilər

Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər

Təhqiqat qrupunun rəisi: Narkoadminlərin Azərbaycandakı havadarlarının aşkarlanması üçün zəruri addımlar atılır

“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb

DİN nümayəndəsi: Azərbaycana narkotik vasitələr daha çox cənub sərhədlərindən, əsasən İrandan gətirilir

Moskvada görkəmli azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçirilib VİDEO

Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib

İsa Həbibbəyli: Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var

Naxçıvanda 1969-1987-ci illərdə 21 iri sənaye müəssisəsi istifadəyə verilib

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib

“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb

“Emirates” aviakompaniyası müntəzəm uçuş cədvəlini bərpa edib

“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir

Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq

Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb

Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində SOCAR və BP şirkətlərinə səfərlər təşkil edilib

Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib

“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır

Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO

Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub

Çində Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası keçiriləcək

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

“Murov Az Terminal”ın kapitanı: “Neftçi”ni məğlub edərək finala çıxmaq sürpriz deyildi

Qeyri-anklav kəndlərin geri qaytarılması Fransa və digər Qərb dövlətlərinin Azərbaycanla bağlı əsassız iddialarını da ifşa etdi - RƏY

DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməyi labüddür

Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar

Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər

Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb

Nigar Arpadarai: Bütün tərəfdaşların COP29-a böyük marağı var VİDEO

Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq VİDEO

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Medianın İnkişafı Agentliyi Ermənistanın və bir sıra digər ölkələrin media resurslarında dərc olunan əsassız məlumatlarla bağlı açıqlama yayıb

Azərbaycan Liqası: Çempionluğa iddialı komandalar Mingəçevirdə üz-üzə gələcək

ICESCO üzv ölkələri gənclərin və qadınların innovativ bacarıqlarını artırmağa çağırıb

Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir YENİLƏNİB VİDEO

Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub

Azamat Ziyo: Özbəkistan Qafqaz Albaniyasının irsinin araşdırılmasına qrantlar ayırmağa hazırdır

Lənkəran şəhərində qanunsuz tikililər sökülüb VİDEO

Gələcəkdə mediasiya xidmətlərindən ödənişsiz yararlanacaq imtiyazlı şəxslərin sayı artırıla bilər

UNESCO: Gender bərabərliyi üzrə qlobal fəaliyyət zəifləyir

Şəki Dövlət Dram Teatrı tezliklə teatrsevərlərə “Kuraj ana və uşaqları” tamaşasını təqdim edəcək

Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub

Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb

Qazaxın dörd kəndinin qaytarılması Azərbaycan Prezidentinin növbəti qələbəsidir ŞƏRH

“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO

Sumqayıt Tibb Mərkəzi ən çox şəhid ailəsi üzvlərini işlə təmin edib

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib

BMT-nin Davamlı Enerji Onilliyinə yekun vurulub

Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb

AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib