Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Professor Nərgiz Paşayeva: “Çünki onlar tək sizin övladlarınız deyil, onlar həyatın, varlığın qızları və oğullarıdır”

Bakı, 27 oktyabr, AZƏRTAC

İyirmi beş il əvvəl Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri Böyük Britaniya olub və bundan sonra ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələr yaranmağa başlayıb.

Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində keçirilən müntəzəm görüşlər və reallaşdırılan birgə ictimai layihələr əməkdaşlığın möhkəmləndirilməsinə kömək edib. Lakin Böyük Britaniya Azərbaycanda çox yaxşı tanınsa da, təəssüf ki, britaniyalılar Azərbaycan və onun qədim tarixi, irsi, milli adət-ənənələri, mədəniyyəti, elmi barədə hələ kifayət qədər məlumatlı deyillər. İngiltərə-Azərbaycan Cəmiyyəti Böyük Britaniyada yaradılmış ən uzunmüddətli fəaliyyət göstərən ictimai qurum kimi bu sahədəki boşluqları doldurmaq məqsədi ilə mütəmadi iş aparır.

Oktyabrın 19-da Böyük Britaniyanın Bakıdakı səfirliyində İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfdən həmsədri, professor Nərgiz Paşayeva və Cəmiyyətin Britaniya tərəfdən həmsədri, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord Mayk Germanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanda yeni təyin olunmuş səfiri xanım Kerol Meri Krofts və digər rəsmi şəxslərlə görüşü keçirilib.

Görüşdə İngiltərə-Azərbaycan Cəmiyyəti haqqında səfirə geniş məlumat verilib və bildirilib ki, 1997-ci ildə yaradılmış bu Cəmiyyət Azərbaycan və Böyük Britaniya arasında mədəni, humanitar, xeyriyyə və digər bu kimi sahələrdə fəaliyyət göstərən təşkilatdır. İngiltərə-Azərbaycan Cəmiyyətinin əsas məqsədi vətəndaş cəmiyyətlərinə xidmət etməkdir. Belə cəmiyyətlər müasir dünyada gündən-günə öz əhəmiyyətini artırır.

İngiltərə-Azərbaycan Cəmiyyətinin Bakıda həyata keçirdiyi layihələr, o cümlədən, Şağan və Saray qəsəbələrində yerləşən əqli və fiziki qüsurlu uşaqlar üçün internat məktəblərinə yardım göstərilməsi ilə bağlı oktyabrın 20-də keçirilmiş xeyriyyə tədbirinin son təşkilati məsələləri müzakirə edilib.

İngiltərə-Azərbaycan Cəmiyyətinin İcraiyyə Komitəsinin iclaslarından birində professor Nərgiz Paşayeva və Lord German Saray və Şağan qəsəbələrindəki internat məktəblərinin uşaqları üçün xeyriyyə tədbirinin keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Bu təşəbbüs Cəmiyyətin bütün üzvləri tərəfindən dəstəklənib.

Lord German Bakıya budəfəki səfəri haqqında danışaraq deyib ki, gəlişinin əsas məqsədi xeyriyyə tədbirinə qatılmaq, internat məktəblərində olmaq, həmçinin Cəmiyyətin İcraiyyə Komitəsinin Bakıda keçiriləcək iclasında iştirak etməkdir.

Professor Nərgiz Paşayeva səfirə Oksford Universitetində yaradılmış Nizami Gəncəvi Elmi Mərkəzi və onun fəaliyyəti haqqında məlumat verərək bildirib ki, bu Mərkəz müstəqillik illərində ölkəmizin elm, təhsil sahəsində həyata keçirilən ən ciddi və davamlı beynəlxalq layihələrindən biridir.

Britaniyanın Bakıdakı səfiri xanım Krofts Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin fəaliyyəti və gördüyü işlər haqqında məlumatlı olduğunu dedi. O, Azərbaycanın tarixi və mədəni irsinin akademik beynəlxalq səviyyədə öyrənilməsi və geniş şəkildə tanınması üçün bu Mərkəzin müstəsna rolunu qeyd etdi və fəaliyyətini yüksək dəyərləndirdi. O, rəsmən qəbul edilmiş Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin fəaliyyətini bundan sonra da diqqətdə saxlayacağını vurğulayaraq, bu Mərkəzin gələcəkdə daha böyük işlər görəcəyinə əmin olduğunu dedi və professor Nərgiz Paşayevaya uğurlar arzuladı.

Sonra görüş iştirakçıları daha bir uğurlu başlanğıc və hadisə haqqında söhbət açdılar. Professor Nərgiz Paşayeva bu yaxınlarda yaradılmış və Britaniyada rəsmi qeydiyyatdan keçmiş “Britaniya Fondu” (The British Foundation for the Study of Azerbaijan and the Caucasus) haqqında danışaraq bu qurumun qarşısında böyük vəzifələrin qoyulduğunu, onun fəaliyyətinin uzunmüddətli və davamlı məqsədlərə xidmət edəcəyini bildirdi.

Səfir Kerol Meri Krofts İngiltərədə yeni yaradılmış “Britaniya Fondu”nun Azərbaycanı və Qafqaz bölgəsini hərtərəfli öyrənməkdə mühüm vasitəyə çevriləcəyinə ümidvar olduğunu söyləyib, humanitar sahədəki əlaqələrin yeni, daha yüksək səviyyəyə qaldırılmasında mühüm rolunu qeyd edib.

Səfirə məlumat verilib ki, Bakıdakı “Four Seasons” otelində xeyriyyə gecəsi keçiriləcək və əldə olunan vəsait fiziki imkanları məhdud uşaqlara yardım məqsədilə UAFA (“Azərbaycana Birgə Yardım”) təşkilatına ayrılacaq. Hazırda UAFA aztəminatlı ailələrdən olan və əlilliyi olan uşaqların təhsilə, tibbi yardıma və digər xidmət növlərinə çıxış əldə etmələrinə kömək göstərən ən nüfuzlu xeyriyyə təşkilatlarından biridir.

Beləliklə, görüşün sonunda səfir Kerol Meri Krofts həmsədrlərə maraqlı söhbətə və aparılan fikir mübadiləsinə görə təşəkkür edərək deyib ki, Azərbaycan ilə Britaniya arasında əlaqələr genişlənib və artıq iyirmi ilə yaxındır İngiltərə-Azərbaycan Cəmiyyəti kimi əhəmiyyətli bir qurum fəaliyyət göstərir. Səfir İngiltərə-Azərbaycan Cəmiyyətinin gördüyü işləri yüksək dəyərləndirib və səmərəli əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib.

Cari ilin mayında professor Nərgiz Paşayeva Şağan qəsəbəsində fiziki və əqli imkanları məhdud uşaqlar üçün internat məktəbində olub, Azərbaycanda belə uşaqlar və onların reabilitasiyası üçün xeyriyyə aksiyaları keçirən UAFA-nın fəaliyyəti ilə yaxından maraqlanıb.

Oktyabrın 20-də İngiltərə-Azərbaycan Cəmiyyətinin keçirdiyi, görkəmli elm və ictimai xadimlərin, mədəniyyət və incəsənət nümayəndələrinin, iş adamları və əcnəbi qonaqların iştirak etdikləri xeyriyyə gecəsi məhz həmin işin davamıdır.

İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrlərinin təşəbbüsü ilə gecədə toplanan vəsait və xeyriyyə lotereyasından əldə olunan məbləğ Şağan və Saray qəsəbələrindəki uşaq evlərində yaşayan, fiziki və əqli imkanları məhdud uşaqlara yardım göstərilməsi üçün UAFA təşkilatına təqdim olunacaq.

Gecənin əsas leytmotivi ondan ibarət olub ki, xeyirxahlıq daim insan qəlbinin genişliyini səciyyələndirir və dünyanı məhz bu yüksək keyfiyyət xilas edəcək.

XVII-XVIII əsrlərin görkəmli ingilis filosofu və yazıçısı Bernard Mandevil deyib: “Mərhəmət və xeyriyyəçilik elə bir fəzilətdir ki, onun sayəsində özümüzə qarşı hiss etdiyimiz sevgi bizimlə dostluq və qohumluq əlaqələri olmayan, qarşısında heç bir öhdəliyimizin olmadığı, onlardan heç bir fayda və xeyir gözləmədiyimiz, hətta bizə tamamilə yad olan insanlara keçir”.

Gecənin açılışında İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, professor Nərgiz Paşayeva bu xeyriyyə aksiyasının əhəmiyyətini qeyd edərək deyib: "Buraya gəldiyinizə görə sizə öz dərin minnətdarlığımızı bildirmək istəyirik. Bu gün buraya toplaşmağımızın səbəbi hamımıza bəllidir. Əslində biz bu salona toplaşmamışıq, biz bu gün öz mərhəmətimizin astanasına toplaşmışıq.

Burada əyləşənlərin əksəriyyəti valideynlərdir. Mən XX əsrin böyük yazıçısı Cübran Xəlil Cübranın sözlərini sizə xatırlatmaq istərdim. O, özünün "Peyğəmbər" əsərində valideynlərə xitabən yazır ki, düşünməyin ki, siz uşaqlarınızın həyata gəlişinin səbəbisiniz. Siz sadəcə olaraq uşaqlarınızın həyata gəlməsinin bir vasitəsisiniz. Siz onlara öz məhəbbətinizi verə bilərsiniz, onlar qəbul edərlər, amma öz fikirlərinizi, düşüncələrinizi verə bilməzsiniz. Onların öz düşüncə və fikir aləmləri var. Siz onların bədənlərinə sığınacaq, isti, rahat yer verə bilərsiniz, amma onların ruhlarına yox. Çünki onların ruhları həmişə azad olacaq, heç bir evə sığışmayacaq. Siz onları özünüzə oxşatmağa çalışmayın, əksinə özünüz onlardan öyrənin, buna can atın. Axı həyat geriyə axmır və dünəndə ləngimir. Siz bir yaysınız ki, uşaqlarınız canlı oxlar təki sizdən irəliyə atılmışlar. Çünki onlar tək sizin övladlarınız deyil, onlar həyatın, varlığın qızları və oğullarıdır. Bunları unutmayın.

Bəli, bu günün səbəbkarları uşaqlarımızdır, hamımızın uşaqlarıdır. Onların gözlərində bir işıq var. Onların aləmləri bəlkə bizimkindən də gözəl və mükəmməldir. Onların çiyinlərində bir cüt qanad var, onlar mələkdirlər və onlar bizim kimi, böyüklər kimi heç vaxt bu qanadları qatlayıb hər hansı bir qapıya girmək üçün öz prinsiplərini satmırlar. Bizim isə əllərimiz ipək olursa, ürəklərimiz də ipəkdən olmalıdır. Bizim əllərimiz ipəkdən, qəlbimiz isə dəmirdən olarsa, bu, yalan olar, doğru-düzgün olmaz. Bugünkü gecə uşaqlara həsr olunur, onların şərəfinə keçirilir, onlara ithaf olunur. Mən hər kəsə bir daha təşəkkür edirəm. Bütün sponsorlara böyük təşəkkürümü bildirirəm. Mənim həmkarıma, Lord Germana öz böyük təşəkkürümü bildirirəm ki, ikigünlüyə İngiltərədən buraya gəlib. O, buraya uşaqlara baş çəkmək üçün gəlib.

Yaradan hamımıza ömür verib və hər bir ömür yaşanır, tamamlandıqda isə ötürülür. Kimə ötürülür? Əlbəttə, uşaqlara. Çünki onlar ümiddirlər, sabahdırlar, davamçıdırlar. Biz Allahdan onlara bir nicat diləyirik, bəndədən isə mərhəmətli və diqqətli olmağı arzu edirik. Qoy uşaqlar hər zaman yaranan problemlərinin çarəsini məhz ləyaqətli insanların dəstəyində görsünlər”.

Lord German bu gözəl və təsiredici çıxışın onun ürəyinə yol açdığını bildirdi: “Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən gözəl diyardır və bizim mədəniyyətlərimizə xas olan xüsusiyyətlər öz əksini bu gözəl mədəniyyətdə tapıb. Şübhəsiz ki, mənim üçün Nərgiz xanım Paşayeva kimi həmsədrin olduğu İngiltərə-Azərbaycan Cəmiyyəti çərçivəsində həyata keçirilən birgə layihələr üzərində çalışmaq böyük şərəfdir. Çünki tərəfimizdən göstərilən birgə səylər Azərbaycanda, eləcə də Böyük Britaniyada yeni ideyaların formalaşmasına, sözün həqiqi mənasında, bu ölkələrdə vətəndaş cəmiyyətinin yaradılmasına xidmət edən missiyadır. Əgər siz də bizim baxışlarımızı bölüşürsünüzsə, bu təşəbbüslərə qoşulmağınızı, Azərbaycanda və Böyük Britaniyada görülən işlərə kömək göstərməyinizi xahiş edirəm”.

Daha sonra xeyriyyə tədbirində UAFA-nın Azərbaycandakı fəaliyyəti ilə bağlı film nümayiş etdirilib. Təşkilatın rəhbəri Qven Börçel xeyriyyə işinə göstərdiyi hərtərəfli köməyə görə İngiltərə-Azərbaycan Cəmiyyətinə səmimi minnətdarlığını bildirərək deyib: “Dünyada məhdud imkanlı uşaqlar var, onlar həssasdırlar və xüsusi diqqətə, qayğıya ehtiyacları var. Əgər uşaq müəssisədə böyüyürsə, o, xarici aləmdən təcrid olunur. Amma əgər o, ailədə böyüyürsə, onun həyatda daha böyük imkanları olur. Bizim imtiyazlarımız, yaxşı uşaqlığımız, yaxşı təhsilimiz və bizi dəstəkləyən ailəmiz var və bu, bizə həyatda uğur qazanmaq imkanı verir. Lakin biz əlillikdən və ya digər sosial problemlərdən sığortalanmamışıq. Hətta bu problemlər bizə bilavasitə təsir etməsə də, şübhəsiz ki, dolayısı ilə təsir göstərir. Bu gün biz iqtisadi tənəzzül dövrünü yaşayırıq, bu gün dünya iqtisadi böhran yaşayır. Bəzi insanlar deyirlər: “Bu mənim məsuliyyətim deyil və bu vəziyyətdə mən yalnız öz ailəmin qayğısına qalmalıyam”. Lakin insan qəlbinin böyüklüyü həm də ondan ibarətdir ki, ən çətin məqamlarda bu məsuliyyəti öz üzərinə götürsün və dəstək göstərənlərlə bu dəstəyə ehtiyacı olanlar arasında körpü olsun”.

Beləliklə, gecə başa çatıb və qonaqların İngiltərə-Azərbaycan Cəmiyyətinin xeyriyyə aksiyasını necə ruh yüksəkliyi ilə dəstəklədiyini görəndə yenidən şəfqət və xeyriyyəçiliyin dünyanı xilas edəcəyi, uşaqlara yaşamaq, yaratmaq, sevinmək və ən başlıcası, yaradılan bu mərhəmət məkanında mələklər kimi qanad çalmaq üçün mənəvi qanad bəxş etdiyi qənaətinə gəlirsən.

Başlanmış missiyanın davamı olaraq, oktyabrın 21-də İngiltərə-Azərbaycan Cəmiyyətinin Böyük Britaniya tərəfdən həmsədri Lord German Şağan və Maştağa qəsəbələrindəki uşaq müəssisələrinə baş çəkib, burada fiziki və əqli imkanları məhdud uşaqların yaşayış şəraiti ilə tanış olub. Xüsusi ehtiyacı olan uşaqlara ixtisaslaşdırılmış xidmət göstərilməsi üçün UAFA-nın bu müəssisələrdə həyata keçirdiyi layihələr barədə qonağa məlumat verilib.

Bu tədbirdən bir gün əvvəl “Four Seasons” otelində İngiltərə-Azərbaycan Cəmiyyəti İcraiyyə Komitəsinin həmsədrlər professor Nərgiz Paşayeva və Lord Germanın iştirakı ilə 105-ci iclası keçirilib.

Görüşdə Cəmiyyətin fəaliyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Son iclasın protokolu təqdim olunub, tibb və təhsil komitələrinin hesabatları dinlənilib, yeni layihələrin reallaşdırılması və Cəmiyyətin fəaliyyətinin genişləndirilməsi məqsədilə yeni təşkilatların üzvlüyə qəbul edilməsi üçün Bakıda əlavə vəsaitlərin cəlb olunması ilə bağlı məsələlər müzakirə edilib.

Professor Nərgiz Paşayeva tədbir iştirakçılarını salamlayıb, Cəmiyyətin işində fəal iştirak edən və onun fəaliyyətinə kömək göstərən hər kəsə təşəkkürünü çatdıraraq bildirib ki, mədəniyyət, təhsil, xeyriyyəçilik sahələrində bir sıra layihələr çox uğurla həyata keçirilib. İndiki mərhələdə Cəmiyyətin fəaliyyətinin əsas istiqamətləri İngiltərənin sıravi vətəndaşları arasında Azərbaycanın təbliği, yüksək mədəni, humanitar və elmi dəyərlər daşıyıcısı kimi ölkənin istedadlı şəxslərinin aşkara çıxarılaraq dəstəklənməsi vasitəsilə populyarlaşdırılmasıdır. Beləliklə, hər iki ölkənin vətəndaşları arasında əlaqələr daha da davamlı olacaq.

İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri qeyd edib ki, əgər əvvəllər ölkənin populyarlaşdırılması üçün böyük tədbirlər keçirilirdisə, indi əsas məqsəd istedadlı və dəyərli insanları, maraqlı şəxsləri üzə çıxararaq onları dəstəkləməkdən ibarət olmalıdır və bu, olduqca yaxşı nəticələr verə bilər. O deyib: “Azərbaycanda İngiltərəni yaxşı tanıyırlar, lakin orada, təəssüf ki, Azərbaycan barədə çox az bilirlər. Bu missiyanı daşıdığıma görə, zənnimcə, əsas məqsədimiz məhz dəyərli, Cəmiyyətdə həqiqi nüfuza və hörmətə malik olan insanların iştirakı ilə tədbirlər təşkil etməkdən ibarətdir. Onların köməyi ilə Azərbaycanı Böyük Britaniyada təqdim etmək, ölkənin nüfuzunu artırmaq mümkün olacaq. Belə tədbirlər, məsələn, Lord Germanın parlamentdə dəyərli insanların, musiqiçilərin, rektorların, elm adamlarının, BBC əməkdaşlarının iştirakı ilə təşkil etdiyi görüşlərə bənzəsə, daha əhəmiyyətli olacaq. Belə format və məzmun iri tədbirlərə hansısa resursları göndərməyimizdən daha səmərəli olacaq. Britaniyada Azərbaycanı əsasən BP şirkətinin fəaliyyətinə görə tanıyırlar, lakin çox təəssüf ki, məlumat yalnız bununla məhdudlaşır. Azərbaycanın müstəqillik illərində İngiltərədə 5000-dən artıq, son illərdə isə 1500 azərbaycanlı tələbənin təhsil almasına baxmayaraq, təəssüf ki, onların uzunmüddətli humanitar, kooperativ və biznes əlaqələri yoxdur. Məlumdur ki, ən davamlı və səmərəli əlaqələr akademik əlaqələrdir, səmimi ünsiyyət səviyyəsidir və əlbəttə ki, mədəni əlaqələrdir. Mənə elə gəlir ki, indiki mərhələdə Cəmiyyətimizin funksiyası Azərbaycanın Böyük Britaniyada daha da geniş öyrənilməsi üçün məhz belə amillərə böyük diqqət yetirməkdən ibarətdir. Maraqlı tarixi mövzular insanları bir-birinə bağlayır. Britaniya elmi dünyada öz araşdırmaları, kəşfləri ilə tanınır və bu baxımdan biz oxunmamış kitabıq”.

Cəmiyyətin həmsədri, həmçinin deyib ki, Böyük Britaniyada Azərbaycan haqqında danışanda, ilk növbədə, dünya şöhrətli muğam ifaçısı Alim Qasımovu və ya caz ifaçısı Əzizə Mustafazadəni böyük ehtiramla qeyd edirlər: “Elm, mədəniyyət, incəsənət və digər sahələrdə belə adlar çox olmalıdır. Azərbaycanlı tələbələrin Böyük Britaniyada hansı ixtisaslar üzrə təhsil aldıqlarını təhlil etsək görərik ki, onların yalnız az bir qismi fundamental elmlərə, məsələn, riyaziyyat və ya kimyaya üstünlük verir. Onlar əsasən maliyyə sahəsini seçirlər. Niyə? Çünki fundamental elmləri öyrənmək elə də asan deyil. Bax belə tələbələri dəstəkləməliyik, onlar orada qalsalar, inkişaf etsələr, özlərini elmə həsr etsələr, yaxşı alim olacaqlar və ölkələrinə şöhrət qazandıracaqlar. Ümumiyyətlə, dəyərli, istedadlı, çalışqan insanları aşkara çıxarmaq, dəstəkləmək və təbliğ etmək lazımdır. Cəmiyyətdə yüksək nüfuza və reputasiyaya malik insanların, alimlərin, elm xadimlərinin olması önümüzdəki qapıları açacaq. Buna nail ola bilsək, bu, Azərbaycanın populyarlaşdırılması işində böyük uğur olacaq”.

Lord German qeyd edib ki, onun üçün Böyük Britaniya ilə Azərbaycan arasındakı dostluq çox vacibdir. O, İngiltərə-Azərbaycan Cəmiyyətinin planlaşdırdığı layihələri uğurla yerinə yetirdiyini və gələcək layihələrin perspektivlərinin heç bir şübhə doğurmadığını bildirib.

Görüşdən sonra İcraiyyə Komitəsinin üzvləri “Four Seasons” otelində keçirilən xeyriyyə gecəsinin sponsorları ilə görüşüblər. Qonaqlar arasında BP, RSL, “Topaz Marine”, “Bos Shelf”, “Worsley Parsons”, “Retro Holding” “Ace Forwarding SGG” və “British Bizness Group” şirkətlərinin rəhbərləri və nümayəndələri olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-yə səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq VİDEO

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir

Elm və təhsil naziri: Regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb

İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq

AQTA sədri ekspertlərə xəbərdarlıq edib

Ekvadorda enerji böhranı səbəbindən iki gün iş dayandırılıb

İddiaçılar Turniri: Nicat Abasov Hindistan təmsilçisi ilə üz-üzə gələcək

İsveçdə kriminal şəbəkənin üzvünə məxsus üzük hərracda satılıb

Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib

IRENA Assambleyasının 14-cü sessiyasının ikinci günündə hansı məsələlər müzakirə olunacaq?

AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb

AQTA-nın auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir VİDEO

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq VİDEO

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub VİDEO

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz