MƏDƏNİYYƏT


Professor Öcal Oğuz: UNESKO-nun Şəki barədə qərarı Azərbaycanın növbəti tarixi nailiyyətidir

Ankara, 12 iyul, AZƏRTAC

“Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyanın UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Azərbaycanın növbəti tarixi nailiyyətidir. Bu uğuru qazanmaq üçün Azərbaycan uzun illər səmərəli fəaliyyət göstərib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında UNESKO üzrə Türkiyə Respublikası Milli Komissiyasının sədri, professor Öcal Oğuz bildirib.

Bu uğurun Azərbaycanda olduğu kimi, Türkiyədə də eyni sevinclə qarşılandığını bildirən professor Öcal Oğuz deyib: “Azərbaycan tərəfi Şəkinin türk dünyasının mədəniyyət paytaxtı seçilməsi fürsətindən məharətlə istifadə edərək öz mədəniyyətinin dünyada tanınması istiqamətində böyük işlər gördü. Mövcud imkanlardan və hər bir yeni şəraitdən səmərəli istifadə etmək Azərbaycanın böyük uğurudur”.

Bu münasibətlə xalqımıza səmimi təbriklərini və xoş arzularını çatdıran professor Öcal Oğuz əminliklə bildirib ki, Azərbaycan-UNESKO qarşılıqlı səmərəli əməkdaşlığı gələcəkdə də dünya mədəni irsinin qorunmasına böyük töhfələr verəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.