ELM VƏ TƏHSİL


Professor Qəzənfər Paşayev zəngin elmi fəaliyyəti ilə kərkükşünaslığın əsasını qoyub

Bakı, 30 noyabr, AZƏRTAC 

Professor Qəzənfər Paşayev zəngin elmi fəaliyyəti ilə kərkükşünaslığın əsasını qoyub. O, ölkənin ziyalısı kimi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, Azərbaycan Yazıçılar Birliyində və Respublika Ağsaqqallar Şurasında fəaliyyəti ilə bir nümunəyə çevrilib. Bu fikir Bakıdakı 276 nömrəli tam orta məktəbdə görkəmli ədəbiyyatşünas alim Qəzənfər Paşayevlə keçirilən görüşdə səsləndirilib.

Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, Bakı Dövlət Universitetinin professoru Şirindil Alışanov, yazıçı Kamran Nəzirli, alimlər, kərküklü qonaqlar, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə məktəbin direktoru Bəhram Şiriyev görkəmli alimin elmi və bədii yaradıcılığından, ədəbiyyatımıza verdiyi töhfələrdən danışıb. Hüseyn Əsgərov isə Qəzənfər Paşayevin doğma vətənində olduğu kimi, İraq, Türkiyə və İranda da dilçi, ədəbiyyatşünas, folklorçu, pedaqoq və ictimai xadim kimi tanındığını söyləyib.

Daha sonra Qəzənfər Paşayev şagirdlərə öz fəaliyyəti ilə bağlı məlumat verib və onların suallarını cavablandırıb.

Tədbirdə şagirdlər tərəfindən hazırlanmış müxtəlif kompozisiyalar, musiqi nömrələri nümayiş olunub, şeirlər oxunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.