ELM VƏ TƏHSİL


Professor Rafiq Abbasov: Gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakı dəstəklənir

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) “Konfutsi İnstitutu tələbələrinin Çin sərgüzəştləri” mövzusunda seminar keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov tələbələrinin yay düşərgəsi zamanı Çinin aparıcı ali təhsil müəssisələrində uğurla təhsil aldıqlarını, Azərbaycanın mədəniyyəti, tarixi və iqtisadiyyatını təbliğ etdiklərini bildirib. R.Abbasov Azərbaycanın Böyük İpək Yolu üzərində yerləşən, dinamik inkişafda olan tolerant ölkə olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanın müasir həyatı haqqında həqiqətləri Çin ictimaiyyətinə çatdırmaq məqsədi ilə davamlı şəkildə ölkəmizin tarixi, mədəniyyəti, siyasəti və iqtisadiyyatına həsr olunmuş tədbirlər təşkil edilir. Professor bildirib ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakı dəstəklənir və onların beynəlxalq əlaqələrinin inkişaf etdirilməsinə səy göstərilir.

Konfutsi İnstitutunun tələbələri təqdimatlarla çıxış edib, çinlilərin etnik özünüdərki, xüsusilə Çin milli xarakteri, kulinariyası, düşüncə tərzi, eyni zamanda, onların milli-psixoloji keyfiyyətləri haqqında fikirlərini bölüşüblər.

Çinin Xuçjou şəhərində Çin dili öyrənən tələbələrin yay məktəbində çəkdiyi şəkillərdən və Çin bəzək əşyalarından ibarət stend təqdim olunub.

Sonda Konfutsi İnstitutunun Çin dili kurslarının tələbələrinə diplomlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.