ELM VƏ TƏHSİL


Professor Şamil Salmanovun seçilmiş əsərləri nəşr olunub

Bakı, 16 noyabr, AZƏRTAC

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsi tərəfindən Şamil Salmanovun “Böyük yaradıcılıq yolu” kitabı nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın elmi redaktoru və “Ənənə və novatorluq: anlayışının dinamikası” adlı “Ön söz”ünün müəllifi filologiya elmləri doktoru, professor Tahirə Məmməd, rəyçiləri filologiya üzrə fəlsəfə doktorları, dosentlər Məhəmmədəli Mustafayev və Pərvanə İsayevadır. Nəşri çapa hazırlayan və tərtib edən isə filologiya üzrə fəlsəfə doktoru, dosent Simuzər İsmayılovadır. O, həmçinin “Şamil Salmanovun ömür yolu və elmi fəaliyyətinin əsas istiqamətləri” tanıtım yazısının da müəllifidir.

Nəşrdə filologiya elmləri doktoru, professor Şamil Salmanovun (1933-2006) seçilmiş məqalə və müsahibələri toplanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.