SİYASƏT


Professor Selma Yel: Şuşa Bəyannaməsinin Qars müqaviləsinin prinsiplərinə uyğunlaşdırılması tarixi nailiyyətdir

Ankara, 25 iyun, AZƏRTAC

Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” bölgə ölkələrinin sülh və qarşılıqlı etimad şəraitində yaşaması üçün tarixi töhfədir. Azərbaycan-Türkiyə münasibətlərinin bu Bəyannamə ilə müttəfiqlik zirvəsinə yüksəlməsi böyük Zəfərin davamı, gələcək inkişaf strategiyasının təməli kimi dəyərləndirilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında tarixçi alim, Qazi Universitetinin professoru Selma Yel söyləyib.

Şuşa Bəyannaməsini ümumilikdə sülh, sabitlik və inkişaf kimi qiymətləndirən Selma Yel deyib: “Hazırda regionda davam edən proseslər bütün tərəflərin maraq və mənafelərini özündə ehtiva edir. Ermənistandakı növbədənkənar parlament seçkilərinin nəticələri deməyə əsas verir ki, yaxın vaxtlarda region dövlətlərinin sülh və sabitlik zəminində mühüm addımlar atacağına şahidlik edəcəyik. Nəzərə almaq lazımdır ki, bu seçkilərdən əvvəl Ermənistan tərəfi 97 min minanın xəritəsini Azərbaycana verib və qarşı tərəf də 15 ermənini geri qaytararaq böyük humanist addım atıb”.

1918-ci ildə Bakının azad edilməsi ilə 2020-ci ildə Şuşanın işğaldan azad olunmasını eyni mahiyyətli tarixi hadisələr kimi dəyərləndirən professor Selma Yel deyib: “Məhz bu tarixi Zəfərin, böyük hərbi Qələbənin işığında yeni addımlar atılmalı idi ki, bunların hamısı 1921-ci il Qars müqaviləsinə riayət etmək şərti ilə Şuşa Bəyannaməsində də təmin edilib”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.