MƏDƏNİYYƏT
Professor Tamara Sinyavskaya ustad dərsləri keçəcək
Bakı, 27 yanvar, AZƏRTAC
Aprelin 1-2-də SSRİ Xalq Artisti, professor Tamara Sinyavskaya Moskvada V.İ.Muradeli adına musiqi məktəbində ustad dərsləri keçəcək.
AZƏRTAC Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondunun saytına istinadla xəbər verir ki, ustad dərslərində ali musiqi məktəblərinin vokal bölmələrinin tələbələri və musiqili teatrların 22-30 yaş arasında artistləri iştirak edə bilərlər. Onlar bu barədə Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondunun elektron ünvanına ([email protected]) ərizə ilə müraciət etməli və videoyazı (2-3 əsər) göndərməlidirlər.
Ərizələr aktiv iştirak üçün (yerlər məhduddur) martın 19-dək, passiv iştirak üçün martın 31-dək qəbul edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]