ELM VƏ TƏHSİL


Professor Tofiq Quliyevin kitab kolleksiyasının təqdimatı olub

Bakı, 8 may, AZƏRTAC

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) iqtisad elmləri doktoru, professor, Əməkdar elm xadimi Tofiq Quliyevin kitab kolleksiyasının təqdimatı keçirilib.

MEK-in fondların mühafizəsi bölməsinin əməkdaşı Aytən Xudiyeva alimin həyatı və fəaliyyəti, kitabxanaya təqdim edilmiş və fondlarda saxlanılan kitab kolleksiyası haqqında təqdimat edib. A.Xudiyeva bildirib ki, kolleksiya kitabxanaya professor T.Quliyev tərəfindən təqdim edilib. Kitabların 12-si Azərbaycanda, 9-u Rusiyada, 7-si İranda, 2-si isə Türkiyədə nəşr olunub. Professorun kitabları MEK tərəfindən mübadilə yolu ilə Türkiyə, Fransa, İtaliya, Almaniya və s. ölkələrin kitabxanalarına, Amerikanın Konqres, Harvard Universiteti kitabxanalarına, bu ölkələrin elm-təhsil müəssisələrinə göndərilib. Təqdimatçı qeyd edib ki, MEK tərəfindən T.Quliyev haqqında Vikipediyada səhifə yaradılıb, onun həyat və yaradıcılığı ilə bağlı faktlar səhifədə yerləşdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin dosentləri Əlirza Məmmədov, Sevinc Bayramova alimin yaradıcılığından, çap olunmuş əsərlərindən, pedaqoji və elmi fəaliyyətindən danışıblar.

Sonda professorun qızı, iqtisad elmləri doktoru, dosent Şəfa Quliyeva tədbirin təşkilinə, iştirakçılara, eləcə də təqdimata görə MEK-ə təşəkkürünü bildirib, atasının gördüyü işlərdən bəhs edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.