ELM VƏ TƏHSİL


Professor Ulduz Həşimova: Planetimiz getdikcə qocalır

Bakı, 18 fevral, AZƏRTAC

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova “Elm və həyat” elmi-populyar jurnalında dərc olunan “Azərbaycanda herontoloji tədqiqatlara dair” sərlövhəli məqaləsində son dövrlərdə dünya əhalisinin demoqrafik göstəricilərində ciddi dəyişikliklər olduğunu qeyd edib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, professor yaşı 65 və daha çox olan insanların daxil olduğu yaş kateqoriyasının xüsusi çəkisinin get-gedə artdığını vurğulayıb. Bu artıma səbəb olan amillərdən söz açan alim ekspertlərin fikrinə istinad edərək deyib ki, 2050-ci ildə dünyada 2 milyard insan 60+ yaş kateqoriyasına aid olacaq. Proqnozlara görə yaxın gələcəkdə 80+ yaş kateqoriyasından olanların sayının 5 yaşadək olan uşaqların sayına bərabər olacağını söyləyən alim planetimizin getdikcə qocaldığını bildirib. Ulduz Həşimova Azərbaycanda sağlam qocalmanın sirlərinin öyrənilməsi istiqamətində aparılan tədqiqatlar zamanı ən yüksək uzunömürlülük indekslərinə dağlıq və dağətəyi ərazilərdə rast gəlindiyini vurğulayıb. Tibbi-bioloji müayinələr zamanı uzunömürlülərdə və onların yaxın qohumlarında ürək-damar, sinir, psixofiziloji sferada yaşla əlaqədar xəstəliklər və patoloji hallara az rast gəlindiyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.