CƏMİYYƏT


Professor Vaqif Qələndərin plastik və rekonstruktiv cərrahiyyə sahəsində kəşfi ABŞ-da qəbul edilib

Bakı, 18 sentyabr, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin plastik və rekonstruktiv cərrahı öz sahəsində dünya üzrə bir ilkə imza atıb.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tanınmış cərrah, professor Vaqif Qələndərin süd vəzi rekonstruksiyası ilə bağlı Azərbaycan Tibb Universitetində apardığı işlər və müəllifi olduğu yeni metodika ABŞ-da qəbul olunub.

Professorun sözlərinə görə, son 20 ildə süd vəzi rekonstruksiyası sahəsində olan elmi-praktiki fəaliyyəti və meyitlər üzərindəki işlərinin xəstələrə tətbiqinin nəticəsi ABŞ-da nəşr olunan beynəlxalq elmi jurnalda dərc olunub. Həmin kəşf haqqında material avqustun 25-də “PRS Global Open” jurnalında çap edilib: “Ötən illər ərzində “IMAP fleb” metodikasının üzərində işləyərək daha təkmil bir cərrahi texnika yaratmağa və əməliyyatın ilk üç örnəyini müvəffəqiyyətlə tətbiq etməyə nail oldum. Türkiyənin İstanbul şəhərinin Rekonstruktiv Süd Vəzi Cərrahiyyəsi Mərkəzinə dəvət olundum, orada bu əməliyyatı uğurla həyata keçirdim. Bu üsulun süd vəzi rekonstruksiyasında, xüsusilə seçilmiş hallarda - süd vəzinin orta və böyük ölçülərinin rekonstruksiyasında yeni bir era başladacağına əminəm”.

Qeyd edək ki, “IMAP fleb” metodikası mastektomiya əməliyyatından sonra süd vəzinin rekonstruksiyası üçün istifadə olunan yeni inqilabi metoddur. Bu zaman süd vəzinin sağlam hissəsi loskut əvəzi istifadə olunur. Professor Vaqif Qələndərin məqaləsində “Musculo-derma-glandular, Axii-perforator, Biprdicled Flap” adlandırılan yeni cərrahi yanaşma metodikası təqdim olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.