ELM VƏ TƏHSİL
Professor Y. Akpınar: “Sələflər və xələflər” birinci Beynəlxalq simpoziumu böyük əhəmiyyət kəsb edir
Bakı, 22 oktyabr, Tərgül Ağayeva, AZƏRTAC
Bakıda keçirilən “Sələflər və xələflər” mövzusunda birinci Beynəlxalq simpoziumu böyük əhəmiyyət kəsb edir.
Bu sözləri Beynəlxalq tədbirin iştirakçısı, Türkiyənin Ege Universitetinin professoru Yavuz Akpınar AZƏRTAC-a müsahibəsində bildirib.
Azərbaycana ilk dəfə 1970-ci ildə gəldiyini deyən Y. Akpınar bu gün ölkəmizin inkişaf etdiyini, dünyada nüfuzunun yüksəldiyini vurğulayıb.
Simpoziumda görkəmli mütəfəkkir Əli bəy Hüseynzadə ilə bağlı məruzə edəcəyini bildirən alim, eyni zamanda qeyd edib ki, onun haqqında məlumatlar Ege Universitetinin ədəbiyyat fakültəsinin arxivinə verilib. Bu arxivdə Azərbaycan dili və ədəbiyyatı tarixi ilə bağlı çox zəngin materiallar var.