SİYASƏT
Professor Zakir Avşar: Şuşanın türk dünyasının mədəniyyət paytaxtı seçilməsi xüsusi əhəmiyyət daşıyan hadisədir VİDEO
Ankara, 11 aprel, AZƏRTAC
Türk dünyasının birliyi, bərabərliyi, qardaşlığı hər kəsə bəllidir. Bu mənada qədim mədəniyyətimizin beşiyi olan Şuşanın 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı seçilməsi xüsusi əhəmiyyət daşıyır. Bu TÜRKSOY-un tarixi bir qərarıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Zakir Avşar Prezidenti İlham Əliyevin Brüssel səfərinin nəticələrini şərh edərkən ifadə edib.
Erməni işğalına son verilməsi nəticəsində azadlığını qazanan Şuşanın tarixi Zəfərdən sonra sıçrayışla inkişaf mərhələsinə keçdiyini diqqətə çatdıran türkiyəli professor əminliklə bildirib ki, Şuşa böyük əzmkarlıqla türk dünyasına ev sahibliyi edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara