ELM VƏ TƏHSİL


Professor Ziya Selçuk "Yeni çağırışlar" proqramında çıxış edəcək

Professor Ziya Selçuk

Bakı, 24 dekabr, AZƏRTAC

Dekabrın 28-i saat 19:30-da “Yeni çağırışlar” proqramının növbəti buraxılışı yayımlanacaq.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, proqramın budəfəki qonağı “Maya” məktəblər şəbəkəsinin yaradıcısı professor Ziya Selçuk olacaq.

Türkiyənin tanınmış elm xadimi "Uşaqları məktəbə yox, məktəbi uşaqlara hazırlamaq" mövzusunda çıxış edəcək.

Ziya Selçuk 2018-2021-ci illərdə Türkiyənin milli təhsil naziri vəzifəsində çalışıb. O, "40 dəfə söyləmişəm", "Təhsil psixologiyası", "Həyatın içindəki tədris proqramı" və digər kitabların müəllifidir.

Proqram Elm və Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasının təşkilatçılığı ilə nazirliyin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.