ELM VƏ TƏHSİL


Professor-müəllim heyətinin nüfuzunun artırılması kimdən və nədən asılıdır? - təqdimat

Bakı,18 mart, AZƏRTAC

Elm festivalı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektorunun müşaviri, dosent Elşən Bağırzadənin “Professor-müəllim heyətinin nüfuzunun artırılması kimdən və nədən asılıdır?” mövzusunda təqdimatı olub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Elşən Bağırzadə təqdimatda professor-müəllim heyətinin nüfuzunun onların ixtisas sahələrindən, elmi dəyərlərə sadiqliyindən, akademik etikanı mənimsəmə səviyyələrindən asılı olduğunu vurğulayıb. Eləcə də onların nüfuzunun çalışdığı quruma, cəmiyyətə qazandırdıqları maddi və mənəvi dəyərlərdən söz açıb. O, akademik heyətin çalışdığı qurumların, bütövlükdə cəmiyyətin elm adamlarının nüfuzunu qorumaq üçün görməli olduqları işlərdən də bəhs edib. Eləcə də sosial status, əməkhaqqı, imtiyazlarla bağlı ABŞ və Qərb universitetləri ilə Azərbaycanın ali təhsil sektorunun müqayisəli təhlilini verərək, bu sahədəki problemləri və həll yollarını açıqlayıb. UNEC-də bu sahədə görülən işlər və hədəflər haqqında məlumat verib.

Sonra mövzu ətrafında çıxışlar olub, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.