DÜNYA


Progeriya xəstəsi dünyada ilk dəfə olaraq Romada əməliyyat edilib

Roma, 7 fevral, AZƏRTAC

Dünyada ilk dəfə olaraq Romanın “San-Kamillo” xəstəxanasında progeriya (erkən qocalma) xəstəsi əməliyyat edilib.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, əməliyyat edilən şəxs nadir irsi xəstəlikdən əziyyət çəkən 1995-ci il təvəllüdlü İtalyanın Veneto regionun Skiyo bölgəsində yaşayan Semmi Bassodur.

Xəstəni əməliyyat edən baş cərrah, professor Fransesko Musumeçi Semmi Bassonun vəziyyətinin yaxşı olduğunu söyləyib.

Həkim bildirib ki, progeriya erkən yaşda görünən çox nadir bir genetik xəstəlikdir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.