CƏMİYYƏT


Prokurorluq: Hesabat dövründə paytaxtda 73 quldurluq hadisəsi qeydə alınıb

Bakı, 22 yanvar, AZƏRTAC 

2018-ci illə müqayisədə hesabat dövründə 73 (3 hadisə az) quldurluq hadisəsi qeydə alınıb. Onlardan 8-i bağlı qalıb. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 2018-ci illə müqayisədə 6 fakt azalaraq 206 olub ki, onlardan da 2-si bağlı qalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 22-də Bakı Şəhər Prokurorluğunda 2019-cu ildə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinə və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məlumat verilib.

Bildirilib ki, ötən il şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluqda icraatda olan 1027 işdən 534-ü, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 12 min 163 cinayət işindən 4207-sinin istintaqı tamamlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.