CƏMİYYƏT


Prokurorluq: Mingəçevirdə anasını bıçaqla qətlə yetirən şəxs tutularaq istintaqa təqdim olunub

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 21-də saat 05 radələrində Mingəçevir şəhərinin Yeni Həyat qəsəbəsində yaşayan 1974-cü il təvəllüdlü Briliyant Hacıyevanın yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.

Mingəçevir Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

İlkin istintaqla hadisənin zərərçəkmişin oğlu 2003-cü il təvəllüdlü Elmir Hacıyev tərəfindən qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Elmir Hacıyev Cinayət Məcəlləsinin həmin maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.