CƏMİYYƏT


Prokurorluq əməkdaşları beynəlxalq seminarda iştirak ediblər

Bakı, 8 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi, Dövlət ittihamının müdafiəsi üzrə idarə və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin əməkdaşları fevralın 6-7-də Avropa İttifaqı və Avropa Şurasının birgə təşkil etdiyi “Paralel Maliyyə araşdırmaları” mövzusunda təşkil edilmiş seminarda iştirak edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminarın təqdimatı Avropa Şurasının ekspertləri, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarında maliyyə istintaq təcrübəsinə malik mütəxəssislər tərəfindən aparılıb.

Tədbir zamanı ekspertlər Birləşmiş Krallıq və İtaliya Respublikasında istintaq edilmiş cinayət işləri üzrə praktiki misallar təqdim edərək paralel maliyyə araşdırmalarının cinayət aktivlərinin bərpası və idarə edilməsi sahəsinə müsbət təsirləri barədə geniş məlumat verib.

Seminar zamanı “paralel maliyyə araşdırmaları” metodu ilə cinayət gəlirlərinin izlənilməsi və aşkar edilməsi, eyni zamanda onları gizləyən şəxslərin müəyyən edilməsinin mümkünlüyü və mütərəqqi müsadirə metodlarının təqdimatı baş tutub.

İştirakçılarla, həmçinin interaktiv şəkildə maliyyə uyğunsuzluğunun hesablanması üzrə praktiki məşğələ keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.