CƏMİYYƏT


Prokurorluq əməkdaşlarının iştirakı ilə keçirilən vebinarda cinayət təqibindən kənar icraatlara dair müzakirələr aparılıb

Bakı, 8 sentyabr, AZƏRTAC 

Prokurorluq orqanlarının müasir dövrün tələblərinə uyğun olaraq cinayət təqibindən kənar icraatlar sahəsində işlərin görülməsini təkmilləşdirmək, formalaşmış təcrübəni bölüşmək məqsədilə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi, tabe rayon (şəhər) prokurorluqları və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun eyni adlı şöbəsinin əməkdaşlarının iştirakı ilə vebinar iclas keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vebinarda mülki və kommersiya mübahisələrinə dair icraatda, inzibati xətalar haqqında, hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası, xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması, həmçinin cinayət təqibindən kənar digər icraatlarda prokurorluğun iştirakını təmin etmək məsələləri müzakirə olunub. Tədbirdə, həmçinin yetkinlik yaşına çatmayanların maraqlarının qorunması, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin hüquqi vasitələrlə təmin olunması sahəsində prokurorluğun fəaliyyətini əlaqələndirmək, prokurorluq sistemində cinayət təqibindən kənar icraatlar üzrə fəaliyyəti əlaqələndirmək, inzibati xəta haqqında işlər üzrə icraat zamanı tabe rayon (şəhər) prokurorluqlarının fəaliyyətində qanunların icrasına nəzarət etmək barədə fikir mübadiləsi aparılıb. Bununla yanaşı, amnistiya aktı ilə müəyyənləşdirildiyi halda müvafiq orqanlar tərəfindən amnistiya tətbiq edilərkən qərarların razılaşdırılmasında, eləcə də həmin orqanların müraciətlərinə əsasən amnistiyanın tətbiqi məsələsinə məhkəmədə baxılmasında, habelə əfv etmə və reabilitasiya barədə müraciətlər üzrə rəy və arayışların hazırlanmasında iştirak etmək, mülki hüquqi vasitələrlə cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi, xüsusi müsadirənin təmin olunması, ölkə daxilində və xaricində əmlakın bərpası məqsədilə Azərbaycan Respublikası və xarici ölkələrin məhkəmələrində iddia qaldırmaq, iddiaçı qismində iştirak etmək sahəsində prokuror nəzarətini gücləndirmək barədə ətraflı məlumat verilib.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, bu sahədə qarşılıqlı əməkdaşlıqla əlaqədar fikir mübadiləsi aparılıb. Həmçinin qanunun tətbiqinə dair tövsiyələr verilərək gələcəkdə bu cür vebinarların keçirilməsinin vacibliyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.