Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Prokurorluq işçilərinin peşə bayramı günü və Milli Prokurorluğun yaradılmasının 101-ci ildönümü qeyd olunub

Bakı, 1 oktyabr, AZƏRTAC

Azərbaycan Prokurorluğunun kollektivi müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Sərəncamına əsasən, 1998-ci ildən etibarən hər il oktyabrın 1-də peşə bayramını geniş qeyd edir. Builki bayram milli prokurorluq orqanlarının yaradılmasının 101-ci ildönümünə təsadüf edib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Baş Prokurorluğun, Respublika Hərbi və Bakı Şəhər prokurorluqları orqanlarının kollektivləri oktyabrın 1-də Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn prokurorluğun kollektivi Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyub, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Daha sonra Baş Prokurorluqda 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 101-ci ildönümü münasibətilə mərasim keçirilib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Baş prokuror Zakir Qaralov prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini peşə bayramı münasibətilə təbrik edib.

Baş prokuror bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müasir dövrün bütün reallıqları nəzərə alınaraq uzaqgörənliklə həyata keçirilən strateji inkişaf konsepsiyası, müdrik dövlət siyasəti və səmərəli idarəetmə üsulu respublikamızın dayanıqlı sosial iqtisadi inkişafına, əhalinin yaşayış şəraitinin və sosial rifahının ilbəil yüksəldilməsinə şərait yaradıb. Ölkəmizin bütün sahələrdə sürətlə inkişaf etdiyini vurğulayan Baş prokuror bu nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və siyasi iradəsi nəticəsində reallaşan “Əsrin müqaviləsi”nin dayandığını qeyd edib. Bu müqavilənin mühüm əhəmiyyət kəsb etməsinin nəzərə alınaraq beynəlxalq tərəfdaşların qarşılıqlı razılığı ilə 2049-cu ilədək uzadıldığı vurğulanıb. Diqqətə çatdırılıb ki, biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan ciddi addımlar nəticəsində Dünya Bankının “Doing Business” proqramında 10 ən islahatçı ölkə kimi tanınan Azərbaycan 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşıb.

Vətəndaşların sosial problemlərinin daim Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzində olduğunu vurğulayan Baş prokuror bildirib ki, son bir neçə ayda ölkəmizdə sosial problemlərin səmərəli həllində böyük irəliləyişə nail olunub, əhalinin etibarlı sosial müdafiəsinin təminatı istiqamətində inqilabi nailiyyətlər əldə edilib.

Dövlətimizin başçısının Sərəncamı ilə Azərbaycanda “Nəsimi ili” elan olunan 2019-cu ilin ötən dövrünün ölkəmizin mədəni həyatında və idman sahələrində də mühüm uğurlarla yadda qaldığını diqqətə çatdıran Baş prokuror müharibə şəraitinin hökm sürdüyü bir vaxtda respublikamızın bir sıra mötəbər tədbirlərə, o cümlədən Formula 1 Azərbaycan Qran-Prisinə, “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına, bədii gimnastika üzrə 37-ci dünya çempionatına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb.

Xüsusi vurğulanıb ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq, bütün digər qurumlarla yanaşı, Azərbaycan Prokurorluğu da dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırılaraq dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrilib, onun dövlətçiliyə sədaqəti ilə seçilən peşəkar kadr korpusu yaradılıb. Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilməklə cəmiyyətdə statusuna uyğun yerini tutub. Ulu Öndərin prokurorluq orqanlarının rəhbər işçiləri ilə 2000-ci il aprelin 26-da keçirdiyi tarixi görüşdən sonra Azərbaycan Prokurorluğunda hərtərəfli və bütün sahələri əhatə edən islahatlar aparılıb, zəruri normativ hüquqi baza yaradılıb, “Prokurorluq haqqında” Qanun qəbul edilib və peşəkar kadr korpusu formalaşdırılıb.

Diqqətə çatdırılıb ki, Ümummilli Liderin müəyyən etdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində genişmiqyaslı işlər görülür. Son dövrlərdə Azərbaycan Respublikasında ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial-iqtisadi islahatların reallaşdırılması, hərtərəfli düşünülmüş dövlət siyasətinin həyata keçirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması nəticəsində Azərbaycan beynəlxalq birliyin tamhüquqlu üzvü kimi layiq olduğu yerini tutub.

Baş prokuror bildirib ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il 3 mart tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin yaradılması və sonrakı illərdə fəaliyyətinin təkmilləşdirilməsi, ən müasir tələblərə cavab verən inzibati bina ilə təmin olunması, dövlətimizin başçısının həmin binanın açılış mərasimində şəxsən iştirakı və prokurorluq işçiləri ilə görüşdə tövsiyə və tapşırıqlar verməsi ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində siyasi iradənin ən yüksək təzahürü və ölkə rəhbərliyinin prokurorluq orqanlarının cəmiyyətdəki roluna, funksiyalarına və fəaliyyətinə göstərdiyi yüksək inam və etimadın nümunəsidir. Bu diqqət və qayğının sonrakı mərhələlərdə də ən yüksək səviyyədə davam etdirildiyini vurğulayan Baş prokuror Prezident İlham Əliyevin prokurorluğa yüksək diqqətinin daha bir nümunəsi olan, 2008-ci il 27 sentyabr tarixli Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq orqanlarının müasir dövrün tələblərinə və yüksək beynəlxalq standartlara uyğun fəaliyyətinin yeni keyfiyyət müstəvisinə yüksəldilməsinə şərait yaratdığını qeyd edib.

Cari ilin ölkəmizin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi dövrü kimi yadda qaldığını vurğulayan Baş prokuror bildirib ki, bu il aprelin 3-də Prezident İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanda vətəndaşların ədalət mühakiməsinə çıxış imkanlarının artırılması, sahibkarlıq fəaliyyəti subyektlərinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və mübahisələrin məhkəmədənkənar həlli mexanizmlərinin təşviqi, dövlət resurslarının prioritet hesab olunan dövlət xidmətləri üzrə səmərəli və qənaətlə istifadə edilməsi, dövlət sektorunda bir sıra xidmətlərin müvafiq sahə üzrə ixtisaslaşmış özəl müəssisələrin yaradılaraq onlara ötürülməsi əsas hədəflər kimi müəyyənləşdirilib. Fərmanda Baş Prokurorluğa tövsiyə edilən məsələlərlə bağlı qanun layihələrinin hazırlanması və digər zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə Ali Məhkəmə, Baş Prokurorluq və Ədliyyə Nazirliyi ilə birgə yaradılmış işçi qrupu tərəfindən Cinayət, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrinə 400-ə yaxın dəyişikliyin edilməsi haqqında qanun layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Tövsiyələrin icrası ilə əlaqədar cinayət mühakimə icraatında dövlət ittihamçıları qarşısında qoyulmuş vəzifələrin daha səmərəli həyata keçirilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, həmçinin müəyyən edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə Bakı Şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsində mövcud vəzifələrin yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri hesabına komplektləşdirilməsi üçün müsabiqə keçirilib. Həmin şöbənin yeni tərkibdə formalaşdırılması məqsədilə 2 böyük prokuror və 23 prokuror vəzifəsinə təyinatlar aparılıb.

Diqqətə çatdırılıb ki, Baş Prokurorluqda Fərmanın icrası istiqamətində görülən işlərin davamı kimi, dövlət ittihamının daha effektiv həyata keçirilməsi, vahid istintaq-məhkəmə təcrübəsinin formalaşdırılması, ibtidai istintaqa prosessual nəzarəti həyata keçirən prokurorlarla dövlət ittihamının müdafiəsini həyata keçirən prokurorlar arasında qarşılıqlı əlaqələrin səmərəli təşkil edilməsi məqsədilə “Elektron Dövlət İttihamı” proqramı hazırlanaraq istifadəyə verilib.

Baş prokuror bildirib ki, 2002-ci ildən tətbiqinə başlanılan və ölkəmizdə reallaşdırılan dövlət gənclər siyasəti çərçivəsində daha da geniş vüsət alan prokurorluq orqanlarına dövlət orqanlarının, QHT-lərin, beynəlxalq qurumların və KİV-lərin nümayəndələrinin iştirakı ilə aşkarlıq şəraitində, müsabiqə yolu ilə qulluğa qəbulun həyata keçirilməsi nəticəsində indiyədək 19 müsabiqə təşkil olunub. Həmin müsabiqələr əsasında işə qəbul edilmiş gənc mütəxəssislər təyinat aldıqları müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərirlər. Xidmətdə fərqləndiklərinə və vəzifə borclarını nümunəvi icra etdiklərinə görə müsabiqə yolu ilə qulluğa qəbul edilmiş 873 gənc hüquqşünasın bir çoxu prokurorluğun müxtəlif struktur qurumlarında məsul vəzifələrə irəli çəkiliblər. Həmçinin cari il fevralın 18-də prokurorluq orqanlarına işə qəbul olunmaq üçün 80 vakant ştat vahidi üzrə elan edilmiş 20-ci müsabiqənin sonuncu mərhələsi başa çatdıqdan sonra vakant ştat vahidlərinin tam komplektləşdirilməsi hesabına prokurorluğun kadr korpusunun 70 faizdən çoxunu gənc mütəxəssislər təşkil edəcək.

Azərbaycan Respublikası Prokurorluğu sistemində informasiya-kommunikasiya sisteminin, “Elektron hökumət” layihəsi çərçivəsində prokurorluq orqanlarında “Elektron sənəd dövriyyəsi” və “Elektron cinayət” proqramlarının yaradılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi qeyd edən Baş prokuror dövlətimizin başçısının müvafiq göstəriş və tövsiyələrə uyğun olaraq, Baş Prokurorluğun “Elektron Cinayət” proqramının Ədliyyə Nazirliyinin “Elektron Məhkəmə” informasiya sisteminə inteqrasiya olunması prosesinə başlanıldığını, bu istiqamətdə zəruri işlərin görüldüyünü bildirib.

Qeyd olunub ki, müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması istiqamətində Baş Prokurorluqda və bütün tabe prokurorluqlarda elektron müraciətlərin qəbulu və baxılması üçün lazımi imkanlar təmin olunub. Vətəndaş müraciətlərinə baxılması sahəsində yeni informasiya texnologiyalarının tətbiqi, “Qaynar xətt” əlaqə mərkəzi və Azərbaycan Prokurorluğunun veb-saytı vasitəsilə Baş Prokurorluğun rəhbərliyinə birbaşa müraciət etmək imkanının yaradılması kimi islahat tədbirləri müsbət nəticə verib. Prokurorluq orqanlarında vətəndaş müraciətlərinin qəbulu üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun təmini, daxil olmuş ərizə və şikayətlərə vaxtında və düzgün baxılması, müraciət etmiş vətəndaşlara hüquqlarının hərtərəfli və tam izah edilməsi, bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə Baş prokurorun imzaladığı əmrə əsasən, Baş Prokurorluqda yaradılmış “961” nömrəli Çağrı Mərkəzi oktyabrın 2-dən fəaliyyətə başlayacaq.

Ötən il Azərbaycan Prokurorluğunun həyatında baş vermiş ən əlamətdar hadisələrdən birinin də milli prokurorluq orqanlarının yaranmasının 100 illik yubileyinin təntənəli surətdə qeyd edilməsi olduğunu vurğulayan Zakir Qaralov yubiley ərəfəsində dövlətimizin başçısının Sərəncamı ilə 43 prokurorluq əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilməsinin böyük sevinclə qarşılandığını bildirib. Dövlətimizin başçısının göstərişi ilə ötən il prokurorluğun 100 illiyi ərəfəsində Gəncə və Sumqayıt şəhərlərində, bu il isə Lənkəran, Salyan və Bakı şəhəri Səbail rayon prokurorluqlarının müasir üslubda tikilmiş yeni inzibati binalarının açılışı olub.

Vurğulanıb ki, Respublika Prokurorluğunun ötən müddətdə daxili işlər, ədliyyə, dövlət təhlükəsizlik və digər hüquq-mühafizə orqanları ilə əlaqəli birgə fəaliyyətinin nəticəsində cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan müsbət tendensiya cari ildə də davam edib. Ölkəmizdə dayanıqlı ictimai-siyasi sabitliyin qorunması, dövlət maraqlarının müdafiəsi və cinayətkarlığa qarşı kəsərli mübarizənin təşkili, ən əsası isə insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində zəruri tədbirlər görülüb, kriminogen sabitliyə nail olunub, mənfi təzahürlərin qarşısı alınıb. Məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan MDB və Şərqi Avropa məkanında ən təhlükəsiz və sabit ölkələrdən biri olaraq qalır.

Məruzədə qeyd edilib ki, prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu, böyük ictimai rezonansa səbəb olan cinayət işlərinin ibtidai araşdırılması müvəffəqiyyətlə aparılıb. Onlardan bəziləri üzrə istintaq tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilib.

Xüsusi vurğulanıb ki, korrupsiyaya qarşı səmərəli və barışmaz mübarizə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin əsas istiqamətini təşkil etdiyindən bu sosial bəlaya qarşı mübarizə tədbirlərinin görülməsi, ardıcıl islahatların aparılması, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınması, onları törətmiş şəxslərə münasibətdə ciddi tədbirlərin həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilir.

Son zamanlar ölkə daxilində olan antimilli qüvvələrin və radikal müxalifət partiyalarının köməyi ilə guya ölkədə “siyasi təqiblərə” məruz qaldıqları görüntüsü yaratmaqla Azərbaycanı tərk edərək xarici ölkələrdə özlərinə bir vasitə ilə sığınacaq tapmış və ermənipərəst xarici dairələrin diktəsi ilə hərəkət edən, milli-mənəvi dəyərlərdən uzaq bəzi şəxslər tərəfindən sosial şəbəkələrdə səsləndirilən ekstremist çağırışların, təhqir və böhtanların qarşısının alınması üçün kəsərli tədbirlər həyata keçirilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində xalqımızın rifah halının gündən-günə yaxşılaşması və xalq-iqtidar birliyinin sarsılmazlığından narahat olan, xaricə satılmış antimilli müxalifət düşərgəsinin təmsilçilərinin ölkəmizdə ictimai-siyasi sabitliyi və əmin-amanlığı pozmağa yönələn cəhdlərinin qarşısı bundan sonra da xalqımız və dövlətimiz tərəfindən qətiyyətlə alınacaq.

Baş prokuror çıxışının sonunda əminliklə bildirib ki, prokurorluq orqanlarının əməkdaşları göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, bundan sonra da öz vəzifələrinə məsuliyyətlə yanaşaraq, ictimai asayişin təmin olunmasında və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasında respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə yaxından iştirak edəcək, ölkəmizdə sabitliyi pozmaq istəyən qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirəcək.

Sonra xidmətdə fərqləndiklərinə görə mükafatlandırılmış prokurorluq əməkdaşlarının bir qisminə Baş prokuror tərəfindən Fəxri fərmanlar və digər təltiflər təqdim olunub.

Tədbirin yekununda Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib