CƏMİYYƏT


Prokurorluq orqanları cinayət təqibindən kənar fəaliyyəti genişləndirib

Prokurorluq orqanları cinayət təqibindən kənar fəaliyyəti genişləndirib

Bakı, 27 yanvar, AZƏRTAC

Baş prokuror Kamran Əliyev yanvarın 27-də Baş Prokurorluqda keçirilən kollegiya iclasında cinayət təqibindən kənar icraatlara dair fəaliyyətə də toxunub.

AZƏRTAC xəbər verir ki, Kamran Əliyev prokurorluq işçilərinin hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat üzrə 13 min 29 işə baxılmasında iştirak etdiklərini vurğulayıb.

“Qanun pozuntularını, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair 92 şəxs barəsində təqdimat verilib, 87 şəxsə isə qanun pozuntularından çəkindirmək məqsədilə xəbərdarlıq edilib. Həmçinin sosial təhlükədə olan 6 uşaq üzrə 5 valideyn barəsində valideyn hüquqlarının məhdudlaşdırılması haqqında 5 məhkəmədə mülki iddia qaldırılıb. Hesabat dövründə prokurorluq orqanları tərəfindən inzibati xəta haqqında iş üzrə 1457 icraat başlanıb”, - deyə Baş prokuror bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.