CƏMİYYƏT


Prokurorluq orqanları tərəfindən ötən il verilmiş 720 protest məhkəmələr tərəfindən təmin olunub

Prokurorluq orqanları tərəfindən ötən il verilmiş 720 protest məhkəmələr tərəfindən təmin olunub

Bakı, 27 yanvar, AZƏRTAC

Ötən il dövlət ittihamçılarının iştirakı ilə məhkəmələrdə baxılmış 989 cinayət işi üzrə apellyasiya, 787 cinayət işi üzrə isə kassasiya protestləri verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev yanvarın 27-də Baş Prokurorluqda keçirilən kollegiya iclasında məlumat verib.

Baş prokuror qeyd edib ki, 563 apellyasiya protesti və 157 kassasiya protesti təmin olunub.

Həmçinin bildirilib ki, dövlət ittihamının müdafiəsi sahəsində prokurorluq orqanlarının iştirakı ilə bütün instansiya məhkəmələri üzrə ümumilikdə 24 min 396 şəxs barəsində 21 min 512 cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.