CƏMİYYƏT


Prokurorluq orqanlarına işə qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə

Bakı, 12 sentyabr, AZƏRTAC

Prokurorluq orqanlarında işləməyi arzu edən və qanunvericiliklə müəyyənləşdirilmiş tələblərə cavab verən gənc hüquqşünaslar üçün Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul edilmək üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq, Baş Prokurorluq tərəfindən cari ildə elan olunan müsabiqə ilə əlaqədar sənədlərin elektron qaydada qəbulu davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, namizədlərin nəzərinə çatdırılır ki, müsabiqənin ilkin mərhələsi olan test imtahanında istifadə olunacaq test tapşırıqlarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan istifadə ediləcək:

- Azərbaycan Respublikasının Konstitusiyası;

- “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

- “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

- “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya;

- Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;

- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;

- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;

- Azərbaycan Respublikasının Mülki Məcəlləsi;

- Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;

- Azərbaycan Respublikasının Əmək Məcəlləsi;

- “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.

Əlavə məlumat almaq üçün 492-06-82, 492-74-32, 492-62-23 və 437-28-56 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.