CƏMİYYƏT
Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilir
Bakı, 8 iyun, AZƏRTAC
İyunun 8-də Bakı İdman Sarayında prokurorluq orqanlarında işləmək arzusunda olan namizədlər üçün vakant ştat vahidləri üzrə Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin növbəti yazılı imtahan mərhələsi keçirilir.
AZƏRTAC xəbər verir ki, imtahanın tam şəffaf və aşkarlıq şəraitində, beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə tədbiri müvafiq dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri müşahidə edirlər.
Prokurorluq orqanlarında işə qəbul ümummilli lider Heydər Əliyevin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq təşkil edilir.
Müsabiqənin ikinci mərhələsi olan yazılı imtahan saat 10:00-da başlayıb və dörd saat müddətində davam edəcək.