ELM VƏ TƏHSİL


Proqram təminatının avtomatlaşdırılmış sınaq metodlarının təhlili aparılıb

Bakı, 10 yanvar, AZƏRTAC

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda proqram təminatının avtomatlaşdırılmış sınaq metodlarının təhlili aparılıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, sınağın uğurlu və səmərəli keçirilməsi üçün əsas amillər müvafiq metodların və düzgün alətlərin seçilməsidir. Proqram təminatının sınağında ənənəvi test üsullarından istifadə edilməsi icra müddətinin uzun olması və əlavə işçi qüvvəsinə ehtiyac yaranması səbəbindən əlverişsiz hesab olunur. Bütün bu problemlər avtomatlaşdırılmış sınaq üsullarının tətbiqi ilə asanlıqla aradan qaldırıla bilir. Sınaq prosesinin avtomatlaşdırılması büdcəyə qənaət edir, test tapşırıqlarının keyfiyyətini və proqram təminatının etibarlılığını artırmağa kömək edir. Son zamanlar proqram təminatının sınağında süni intellekt və maşın təlimi metodlarının tətbiqi artır.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.