İDMAN


“Proqres”–“Qəbələ” komandalarının oyununu şimali irlandiyalı hakimlər briqadası idarə edəcək

Bakı, 17 iyul, AZƏRTAC

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Proqres” – “Qəbələ” matçının hakim təyinatları müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, iyulun 19-da Lüksemburqda keçiriləcək qarşılaşmanı şimali irlandiyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Keyt Kennedi olacaq. Ona yan xətt hakimləri həmyerliləri Stefen Donaldson və Kristian Fransis Hanna kömək edəcəklər. Dördüncü hakim funksiyasını Evan Boys yerinə yetirəcək.

Oyunun hakim-inspektoru serbiyalı Milan Karadjiç, UEFA nümayəndəsi estoniyalı Oleq Xarlamov olacaq.

Differdanjdakı Munisipal stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

İlk oyunda Lüksemburq təmsilçisi 2:0 hesabı ilə “Qəbələ”dən üstün olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.