CƏMİYYƏT


Publisist Cabbar Şıktaş: Türkiyə-Azərbaycan media platforması günümüzün ən vacib tələbatlarındandır

Ankara, 10 sentyabr, AZƏRTAC

Türkiyə-Azərbaycan media platformasının yaradılması strateji əhəmiyyətli qərar olmaqla bərabər, həm də olduqca cəlbedici layihədir. Hesab edirəm ki, hər iki ölkə üçün ən vacib məsələ, ilk növbədə, qarşılıqlı tanınmadır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə azərbaycanlıların ən qocaman nəşrləri qəzeti olan “Yeşik İğdır” və “15 Temmuz” qəzetlərinin təsisçisi və redaktoru, görkəmli publisist Cabbar Şıktaş ifadə edib.

Türkiyə-Azərbaycan media platformasının yaradılmasını günümüzün ən vacib tələbatlarından biri kimi dəyərləndirən C.Şıktaş deyib: “Mən də daxil olmaqla informasiya və yaxud yaradıcılığın digər sahələri ilə gündəlik məşğul olan şəxslər bəzən elə düşünürük ki, bütün insanlar hər məsələ barədə bizim kimi məlumatlıdırlar. Bu, əsla belə deyil. Nəzərə almaq lazımdır ki, əhalinin böyük əksəriyyəti informasiya təminatını məhdud dairələrdən, o cümlədən regional media orqanlarından alır. Türkiyənin regional media orqanları isə Azərbaycan həqiqətləri ilə bağlı hər vacib informasiyanı operativ şəkildə əldə edə bilmir. Çox həssas məsələlər diqqətdən yayınır. Təbii ki, bunların da səbəbləri var. Hesab edirəm ki, Türkiyə-Azərbaycan media platforması “yeni xəbər hamı üçün” prinsipini gerçəkləşdirmək imkanlarını artıracaq. Bu isə qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək”.

Beynəlxalq mətbuatda daha geniş və rahat təmsil olunmağın vacibliyini vurğulayan publisist Cabbar Şıktaş deyib: “Əminəm ki, qəbul ediləcək qərarlar Azərbaycan və Türkiyə həqiqətlərinin dünyaya olduğu kimi çatdırılması baxımından onillikləri əhatə edəcək strategiya olacaqdır”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.