MƏDƏNİYYƏT


“Pul oğurluğu: Koreya” filmi izlənmə reytinqində birincidir

Bakı, 2 iyul, AZƏRTAC

Cənubi Koreya filmi olan “Pul oğurluğu: Koreya” “Netflix” şirkətinin reytinqlərinin ilk onluğunda birinci yeri tutub.

AZƏRTAC xarici KİV-yə istinadla xəbər verir ki, ekran işi Cənubi Koreya, İndoneziya, Vyetnam, Malayziya və Taylandda ilk pilləni tuta bilib. Bunun nəticəsi olaraq film dünya üzrə “Netflix”də yaxşı nəticə göstərən digər Koreya layihələrinə qoşulub.

Premyerası iyunun 24-də olan ekran işinin 20-26 iyun tarixlərini əhatə edən qrafik üzrə ilk pillədə yer almasına cəmi üç gün kifayət edib. Bu müddət ərzində izləyicilər “Pul oğurluğu: Koreya” filminə 33,7 milyon saat baxıblar.

Ekran əsərində əsas rollarda Kim Yunjin, Yu Ci-txe, Pak Xe-su, Con Cong-so, Li Von-con, Pak Men-xun çəkiliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.