Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Puşkin və Şuşa

Puşkin və Şuşa

Bakı, 12 avqust, AZƏRTAC

Aleksandr Sergeyeviç Puşkin Qafqaza iki dəfə səyahət etmişdi: birinci dəfə hakimiyyəti və hökumət məmurlarını həcv etdiyinə görə 1820-ci ildə xidməti təyinat adı ilə Rusiyanın cənubuna sürgün edilən zaman, ikinci dəfə 1829-cu ildə. İlk səfərində yalnız Şimali Qafqazın Mineral Sularında olmuş, ikinci səyahətində isə daha cənuba- Qafqazın içərilərinə doğru keçib getmişdi. Bu dəfə şairin əsas məqsədi Tiflisdə Nijeqorod draqun polkunda xidmət edən qardaşı Lev Sergeyeviçlə və general Paskeviçin Qafqaz korpusunda xidmət edən tanışları ilə görüşmək idi. Həmin vaxt rus ordusu Türkiyəyə qarşı hərbi əməliyyatlarda olduğu üçün Aleksandrın hərbçi dostları ilə görüşü baş tutmamışdı.

Tədqiqatçı-jurnalist Vasif Quliyevin “Puşkin və Şuşa” məqaləsində bu barədə söhbət açılır. AZƏRTAC həmin məqaləni ixtisarla təqdim edir.

İki həftə - mayın 26-dan iyunun 10-na qədər Tiflisdə qalan Aleksandr böyük çətinliklərlə də olsa, arzusunu həyata keçirə bilmiş, döyüşən ordu ilə Türkiyənin Ərzurum şəhərinə qədər gedib çıxmışdı. 1829-cu ildəki Qafqaz səfəri şairin yaradıcılığında müstəsna rol oynamışdır. O, həm birinci, həm də ikinci səyahətində Fazil xan Şeyda, Abbasqulu ağa Bakıxanov və başqa azərbaycanlı ziyalılarla tanış olub dostlaşmış, yol qeydlərində təzə tanışlar haqqında xeyli məlumat vermişdi. Şair, həmçinin rus ordusunun tərkibində döyüşən könüllülərdən ibarət I Qarabağ müsəlman polkunun birinci yüzlüyünə başçılıq edən və sonralar polkovnik rütbəsinə qədər yüksəlmiş, bir sıra döyüş orden və medalları ilə təltif olunmuş Fərəculla bəy Uğurbəyovla və məşhur Cavanşir nəslinin hərbçi nümayəndəsi, yüksək qəhrəmanlıq nümunəsi göstərərək yaralı rus zabitini döyüş meydanından çıxarıb, təhlükəsiz yerə aparan iyirmi yaşlı poruçik Fərhad bəylə də yaxından tanış olmuşdu. Onların döyüş meydanındakı göstərdikləri cəsurluq Aleksandrı vəcdə gətirmiş və o, hər iksini general Rayevskinin çadır-qərargahına dəvət edərək qarabağlı igidləri alqışlamışdır. “Ərzuruma səyahət” əsərində Aleksandr Sergeyeviç Puşkin yazır: “İyulun 17-də səhər biz yenidən atışma səsi eşitdik və iki saatdan sonra səkkiz türk bayrağını gətirib–gələnləri-Qarabağ polkunu gördük. Polkovnik Fərəculla bəy daş qalaqları arxasında gizlənmiş düşmənlə vuruşmuş və onları oradan çıxarıb-qovmuşdu”.

Peterburqa qayıdandan sonra Aleksandr Sergeyeviç Puşkinin şərəfinə verilən ziyafətlərin birində o, dostlarına özünün Ərzuruma səyahətindən danışır, Qafqazda gördüklərindən, azərbaycanlılarla tanışlığından, hərb meydanlarında şahidi olduğu şuşalıların igidliyindən heyrətlə və məftunluqla söhbət açır, onların döyüş səhnələrini təsvir edir. Məclisdə iştirak edən Novikov soyadlı bir rəssam dostu şairin obrazlı təsvirindən istifadə edərək dərhal Fərhad bəylə Fərəculla bəyin portretlərini çəkib, ona verir. Bu sənət əsərlərinin çox uğurlu alındığını görən şair rəsmlərinin qəhrəmanlarına çox bənzədiyini etiraf edərək şəkillərin altında öz xətti ilə həmin azərbaycanlı dostlarının adını yazıb.

...1899-cu ilin may ayında Rusiya, o cümlədən də, bütün Qafqaz Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 100 illik yubileyini bayram edirdi. Ölkədə elə bir qəza şəhəri, ya da bir mədəni mərkəz yox idi ki, orda şair anılmasın, onun şərəfinə yığıncaqlar keçirilməsin.

Həmin tarixi yubiley may ayının 26-da Şuşa Realnı Məktəbində də xüsusi təntənə ilə qeyd edildi. Bura yerli ziyalılar, mülki və hərbi idarələrin qulluqçuları, şagirdlərin valideynləri, şəhərin qonaqları da dəvət olunmuşdular. Tədbir məzmunca çox zəngin idi və olduqca maraqlı keçirdi. Şuşanın demək olar ki, bütün təhsil müəssisələrinin müəllimləri və şagirdləri şəhər saatlarından başlayaraq dəstə-dəstə Realnı Məktəbinin binasına doğru tələsirdilər.

Saat 10-da tədbir başlandı. Mərhum şairin ruhunu şad etmək üçün əvvəlcə matəm mitinqi keçirildi, dualar oxundu. Məktəbin direktoru bu təntənənin məqsəd, rol və gənclər üçün əhəmiyyətindən danışdı. Altınci sinif şagirdlərindən biri A.S.Puşkin barədə məlumat verdi. Rus dili müəllimi Sibirtsev sürəkli alqışlara səbəb olan “Dahinin xatirəsi” adlı parlaq və geniş bir nitq söylədi. Tədbir iştirakçılarından məktəbin şəriət müəllimi axund Mirzə Sadiq Lətifov, həkim Əbdülkərim bəy Mehmandarov, müəllim Yusif bəy Məlikhaqnəzərov, jurnalist Haşım bəy Vəzirov və başqaları böyük şair barədə ürək sözlərini dedilər, yuxarı sinif şagirdləri Puşkinin “Qafqaz”, “Peterburqun bünövrəsi”, “Gələcəkdən xəbər verən Olqa”, “Xatirə”, “Suda boğulmuş adam”, “At”, “Moskva”, “Körfəzdə yaşıl palıd” şeirlərini və poemalarından parçaları ifadəli şəkildə oxudular. Məktəb orkestrinin və xorunun ifasında şairin musiqili əsərlərinin ifası başlandı. Musiqi müəllimi Reslerin bəstələdiyi “Qafqaz altımdadır” təntənəli marşı tamaşaçıların xüsusi diqqətinə və heyrətinə səbəb oldu. Sonra dərslərini əla oxuyan və məktəbin ictimai işlərində ağır qazanan şagirdlərə mükafatlar verildi, tərifnamələr təqdim edildi. Böyük uğurla başa çatan təntənədən sonra əlaçı şagirdlərə yubiley hədiyyələri- şairin portretləri, xatirə üçün bütün məktəblilərə onun haqqında çap olunmuş kitabçalar paylandı.

Şuşada Puşkin günləri davam edirdi. Şairə həsr olunmuş tədbirlərdən biri də şəhər məktəbində çox böyük təntənə ilə keçirildi. Yerli əhalinin təşəbbüsü və şəhər dumasının vəsaiti ilə şagirdlər üçün həmin vaxtdan Puşkin adına təqaüd təsis olundu. 20 manat məbləğində olan həmin təqaüdün çox yüksək əxlaqi və dərs müvəffəqiyyəti ilə fərqlənən kasıb şagirdlərdən birinə verilməsi nəzərdə tutulurdu.

Qeyd etmək yerinə düşər ki, həmin vaxt Qori Seminariyasında şairin xatirəsinə həsr olunmuş ədəbi-musiqili gecənin keçirilməsində tələbə, sonralar Azərbaycanın görkəmli ictimai-siyasi xadimi kimi tanınmış məşhur pedaqoq, dilçi-alim və jurnalist, şuşalı Fərhad Ağazadə də fəal iştirak etmişdi. O, “Rus ədəbiyyatının və Puşkinin Azərbaycan tatarlarının ədəbiyyatına təsiri” mövzusunda məruzə etmişdi. Olduqca şövqlə tərtib edilən irihəcmli Puşkin albomunun hazırlanmasında da gənc tələbənin xüsusi rolu olmuşdu. Fərhad Ağazadənin albomuna daxil edilmiş bu iş iştirakçıların diqqətini xüsusi olaraq cəlb etmişdi. O, həm də şairin “Tunc atlı” poemasında “Tənha dalğaların sahilində” parçasını xorla birlikdə oxumuşdu.

… 1937-ci ilin fevral ayında Aleksandr Sergeyeviç Puşkinin vəfatından 100 il ötürdü. Ölkənin hər yerində, o cümlədən, respublikamızın bütün rayon və şəhərlərində də şairin vəfatının bir əsrlik yubileyinin keçirilməsinə hazırlıq işləri görülürdü. Şuşa Rayon Partiya Komitəsi Puşkin günləri keçirmək üçün komissiya təşkil etmişdi. Eyni zamanda, şəhər məktəbində yubileyə aid kabinə də düzəldilmişdi. Burada “Kapitan qızı”, “Belkinin hekayələri”, Səməd Vurğunun tərcüməsində “Yevgeni Onegin” əsərləri nümayiş etdirilir və divarları şairin portretləri bəzəyirdi. Məktəbdə böyük ədəbi-bədii gecə keçirmək nəzərdə tutulmuşdu.

Şəhər orta məktəbinin şagirdləri Sabir adına Kitabxanada və Pedaqoji Texnikumda Puşkin sərgisi düzəltmişdilər. Yerli şairlərdən Mirzə Xosrov Axundov (Şaiq), Novruz Heyrani, Kamal Qəhrəmanov və başqaları yubileyə yeni şeirləri ilə gəlmişdilər.

Nəhayət, fevralın 10-da puşkinsevərlər şəhər klubunda “rus poeziyasının günəşi”nin xatirə gecəsinə toplaşdılar. Rayonun rəhbər təşkilatlarının nümayəndələrinin və beş yüzdən çox tamaşaçının iştirak etdiyi təntənəli fəxri və əməli heyət seçildi. Şuşa rayon İcraiyyə Komitəsinin sədr əvəzi Ağayev giriş sözü söyləyərək iclası açıq elan etdi. Dahi şairin yaradıcılığı haqqında Pedaqoji məktəbin ədəbiyyat müəllimi İsaq Məmmədovun məruzəsindən sonra Şuşa şəhər orta məktəbinin ədəbiyyat müəllimi Əyyub Musayev və İdris Hacıyevin çıxışları dinlənildi.

Olduqca maraqlı keçən gecədə Aleksandr Sergeyeviç Puşkinin əsərlərindəki obrazları göstərən ədəbiyyat nümunələrindən sərgi təşkil olunmuşdu. Bədii hissədə uşaq evinin, pedaqoji və musiqi texnikumlarının tələbələri konsert proqramı ilə çıxış etdilər. Azərbaycan, rus və başqa dillərdə şairin əsərlərindən parçalar söylədilər.

Puşkin yubiley tədbirlərində fəal iştirak edən yerli şair Miribrahim Ağamirzadə şairə olan məhəbbətini “Mirnatiq” təxəllüsü ilə yazdığı “Yaşa, Puşkin, dünya durduqca yaşa!” şeirində qələmə almışdı.

...Şeirə, sənətə həmişə yüksək qiymət və dəyər verən şuşalı ədəbiyyat və poeziya həvəskarları dahi şairin həm anadan olmasının, həm də vəfatının 100 illiyini xüsusi təntənə ilə, böyük sevgi və məhəbbətlə qeyd etmişlər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq