İQTİSADİYYAT
“Puta-Əyirici” ATSC-nin qiymətli kağızları üzrə hərrac keçiriləcək
Bakı, 17 dekabr, AZƏRTAC
"Puta-Əyirici" ATSC-nin adi, adlı səhmləri "PSG Kapital" ASC-nin müraciətinə əsasən Bakı Fond Birjasında (BFB) alternativ bazar seqmentində açıq satışa çıxarılacaq.
BFB-dən AZƏRTAC-a bildirilib ki, səhmlərin minimal satış qiyməti 1.00 AZN, ticarətə buraxılan qiymətli kağızlarının sayı 560 070 ədəddir. Qiymətli kağızların alışı, sifarişlərinin BFB-nin ticarət sistemində qeydiyyatı 2019-cu il yanvarın 9-da həyata keçiriləcək.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]