İDMAN


Pyer-Emerik Obameyanq UEFA Avropa Liqasında həftənin oyunçusu seçilib

Bakı, 11 may, Nicat Məmmədov, AZƏRTAC

UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, bu, İngiltərə "Arsenal"ının hücumçusu Pyer-Emerik Obameyanqdır.

30 yaşlı forvard yarımfinal mərhələsinin cavab görüşündə İspaniyada "Valensiya"nı 4:2 hesabı ilə məğlub etdikləri matçda "het-trik" edib.

Qeyd edək ki, "Arsenal" Avropa Liqasının finalında "Çelsi" ilə üz-üzə gələcək. Oyun mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.