İDMAN


Pyer-Emerik Obameyanq dekabrda “Arsenal”ın ən yaxşı futbolçusu seçilib

Bakı, 9 yanvar, AZƏRTAC

İngiltərənin “Arsenal” futbol klubunun qabonlu hücumçusu Pyer-Emerik Obameyanq dekabrda komandasının ən yaxşı oyunçusu seçilib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 29 yaşlı futbolçu cari mövsümdə artıq ikinci dəfə bu mükafata layiq görülüb. Hücumçu dekabrda klubun heyətində bütün turnirlər üzrə 8 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

Obameyanq 2018-ci ilin yanvarında Almaniyanın “Borussiya Dortmund” klubundan “Arsenal”a transfer edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.