İQTİSADİYYAT


QƏBƏLƏDƏ YENİ MƏKTƏB BİNALARI TİKİLƏCƏKDİR

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramına uyğun olaraq, Qəbələ rayonunda yeni məktəb binalarının tikintisi planlaşdırılmışdır.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, rayon təhsil şöbəsi tərəfindən Nohurqışlaqda 480 yerlik, Qəmərvanda 320 yerlik, Yenikənddə 480 yerlik məktəb binalarının tikintisinin layihə-smeta sənədləri hazırlanmışdır. İşin başlanması üçün Təhsil Nazirliyinin elan etdiyi müsabiqələrin nəticələri gözlənilir. Tikintilərdə yerli işçi qüvvələrindən istifadə nəzərdə tutulmuşdur. Bu, rayonun bir qrup sakininin müvəqqəti işlə təmin olunmasına imkan yaradacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.