İDMAN


QƏBƏLƏLİ ŞAHMATÇI MOSKVADA BİRİNCİ YERİ QAZANMIŞDIR

Qəbələ rayon Vəndam kənd 2 nömrəli orta məktəbin 5-ci sinif şagirdi Təbriz Dəmirbəyli gənc şahmatçıların Moskvada keçirilmiş Avropa birinciliyinin qalibi olmuşdur.

Rayon şahmat məktəbinin məşqçisi, ustalığa namizəd Kamran Abuşov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, qəbələli məktəbli 350 gənc şahmatçının iştirak etdiyi birincilikdə bütün rəqiblərinə qalib gələrək 5,5 xal toplamış və turnirin kubokunu qazanmışdır.

Təhsil şöbəsi gənc idmançıya böyük uğuru münasibətilə fəxri fərman və pul mükafatı təqdim etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.