ELM VƏ TƏHSİL
QƏBƏLƏNİN ULUDAŞ KƏNDİNDƏ YENİMƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLƏCƏK
AZƏRTAC xəbər verir ki, oktyabrın 3-də Qəbələ rayonunun Uludaş kəndində yeni məktəb binasının açılış mərasimi keçiriləcəkdir.
Yaponiya səfirliyi ilə Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi arasında bağlanmış müqaviləyə əsasən tikilmiş yeni məktəb binası 1036 kvadratmetr sahəni əhatə edir. Geniş və işıqlı 14 sinif otağı, Norveç humanitar Təşkilatının vəsaiti hesabına yeni parta dəsti, müasir lövhələr və mebellə təchiz olunmuşdur.
Açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Tadahiro Abe və Norveç humanitar təşkilatının ölkə direktoru Tarje Holmedal, deputatlar, təhsil nazirliyinin əməkdaşları iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]